Ötən il oktyabrın 3-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Xaçmaz rayon sakini, 1994-cü il təvəllüdlü Elsevər Mürsəlli "Nida" vətəndaş hərəkatına qoşulduğunu bəyan edib.
Bu barədə o, yaxınları vasitəsilə saxlanıldığı Kürdəxanı təcridxanasından göndərdiyi məktubunda məlumat verib.
E.Mürsəlli hərəkata üzv qəbul edilməsi ilə bağlı ərizə yazıb və üzvlüyə qəbul edilməsini xahiş edib.
Qeyd edək ki, yaxınlarının sözlərinə görə, E.Mürsəllinin həbsinə səbəb onun sosial şəbəkələrdə - “Facebook”da, “Youtube”da hakimiyyət əleyhinə göstərdiyi fəaliyyət olub. O, özü də ötən il prezident seçkiləri dövründə Milli Şuranın namizədi Cəmil Həsənlini təbliğ, mövcud iqtidarı isə sərt tənqid etdiyi üçün həbs edildiyini iddia edir.



































































































