“Suriya Azərbaycanın döyüşçü potensialını əlindən alır”

Hazırda oxunan: “Suriya Azərbaycanın döyüşçü potensialını əlindən alır”

43945

“Suriya Azərbaycanın döyüşçü potensialını əlindən alır”. 

Bu sözləri Moderator.az-a açıqlamasında sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev bildirib. Ekspertin sözlərinə görə, azərbaycanlıların Suriyaya axını hər şeydən öncə Azərbaycanın özü üçün faciəvi nəticələrə gətirib çıxarda bilər:

“Bu gün azərbaycanlıların Suriyaya axını, bu ölkədəki müharibədə iştirakı və öldürülməsi Azərbaycanda qəribə bir laqeydliklə müşahidə edilir. Halbuki, Suriyada öldürülən hər bir azərbaycanlı ölkənin döyüşçü potensialının zəiflədilməsi deməkdir. Onların hansı təriqətə sahib olmağından asılı olmayaraq, bu şəxslər azərbaycanlıdır. Onlar Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycan bu insanların potensialından Qarabağ savaşında istifadə edə bilər. Bildiyiniz kimi, Azərbaycan uzun illərdir ki, işğaldakı torpaqların sülh yolu ilə azad edilməsinə çalışır. Lakin ölkə başçısı da bildirib ki, əgər bu danışıqlar səmərə verməzsə, Azərbaycan digər yola əl atacaq. Maraqlıdır, sabah Qarabağda müharibə başlasa, işğaldakı torpaqları azad etmək üçün düşmənlə kim vuruşacaq? Azərbaycan zəifləmiş döyüşçü potensialı ilə bu missiyanın öhdəsindən nə dərəcədə gələ biləcək? Odur ki, bu məsələyə olduqca ciddi yanaşmaq lazımdır. Suriyaya azərbaycanlıların axınının qarşısının almaq, onların ölümünə Azərbaycanın itkisi kimi yanaşmaq və bu itkinin qarşısını almaq zəruridir”.

 

Seymur Əliyev

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin