Moderator.az-a daxil olan məlumata görə, 29-30 mart tarixlərində Azərbaycan Milli Istiqlal Pariyası və İsveçin hazırda hakimiyyətdə olan Moderat partiyası “Azərbaycanın Avrointeqrasiya perspektivləri” movzusunda 2 konfrans keçirib. Birinci konfrans AMİP-in rayon təşkilatlarının sədrləri, ikinci konfrans isə AMİP Gənclət Təşkilatının üzvlərinin iştirakı ilə baş tutub. Konfranslarda İsveç parlamentinin deputatları Marqarita Sederfelt, Qustaf Hofştedt, həmçinin Kristian Qustavson, AMİP Siyasi Şurasının üzvü Zəfər Vəliyev və AMİP Gənclər təşkilatının sədr müavini Asya Cəlilova əsas məruzələrlə çıxış etmişlər. Məruzələr ətrafında maraqlı və genış müzakirələr aparılmış, Azərbaycanın Avrointegrasiya perespektivləri və mövcud probemlərlə bağlı geniş fikir mübadiləsi keçirilib.
Səfərin üçüncü günü qonaqlar AMİP-in müvəqqəti Mərkəzi qərərgahında AMİP rəhbərliyi ilə, daha sonra AMİP lideri Etibar Məmmədovla ayri-ayriliqda gorüşlər keçirib. Hər iki gorüşdə Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri, regionda mövcud olan və gözlənilən problemlər, Dağlıq Qarabağ və işğal altında olan Azərbaycan əraziləri, Ukraynada baş verən hadisələr və Krımın ilhaq olunması və digər məsələlər əsas müzakirə mövzusu olub.
































































































