Sərdar Cəlaloğlu: “Oqtay Əsədov qanunların pozulmasına göz yumur”

Hazırda oxunan: Sərdar Cəlaloğlu: “Oqtay Əsədov qanunların pozulmasına göz yumur”

43857

“İlyas İsmayılovun qaldırdığı məsələ əslində bizim hamımızı narahat edən problemdir”. 

Bu sözləri Moderator.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Millət vəkili İlyas İsmayılovla spiker Oqtay Əsədov arasındakı qarşıdurmaya münasibət bildirən S.Cəlaloğlu, bu məsələdə Ədalət Partiyası sədrinin tamamilə haqlı olduğunu vurğuladı:

“Parlament haqqındakı qanun parlamentdə təmsil olunan şəxslərin digər fəaliyyətlə məşğuliyyətini yasaqlayır. Lakin təəssüflər olsun ki, Azərbaycanda parlamentarilərin çoxu bizneslə məşğuldur. Ölkədəki özəl xəstəxanalar, şadlıq evləri, restoranların çoxu deputatlara məxsusdur. Deputatların bir hissəsi isə rektor, nazir müavini və s-dir. Bu insanların heç birinin parlamentdə təmsil olunmaq ixtiyarı yoxdur. İlyas müəllim təklif edir ki, rektorlar ya universitet rəhbəri kimi, ya da millət vəkili kimi fəaliyyət göstərsinlər. O, konkret müddəa və bəndləri əsas gətirərək sübut edir ki, qanun pozulub. Bizim gözümüzün qarşısında nə baş verir. Bir nəfər millət vəkili Azərbaycan Konstitusiyasını müdafiə edir. Bu, spikerlə həmin millət vəkili arasında böyük bir konfiliktə gətirib çıxardır. İ.İsmayılov deyir ki, konstitusiyada, qanunda yazılıb ki, bir şəxs millət vəkili olduğu dövrdə başqa fəaliyyətlə məşğul ola bilməz. Bəs Oqtay Əsədov nə deyir? Onun etirazı nədən ibarətdir? Bu etirazı nə ilə əsaslandırır? Necə ola bilər ki, parlamentin sədri qanunun açıq-aşkar pozulmasına göz yumur və ikincisi, qanunu müdafiə edən şəxsə qarşı da cəbhə açır? Bu, düzgün deyil. Əgər qanunu verənlər o qanuna hörmət etmirlərsə, heç kəs qanuna hörmət etməyəcək. Azərbaycanda hüquqi nihilizmin bir səbəbi də budur. Qanunverici orqanda təmsil olunan, bu qanunları yazan adamların özü ilk növbədə qanunları pozur. Hüquq-mühafizə orqanlarında da vəziyyət bu baxımdan arzuedilməzdir. Hüquqi müdafiə etməli olan bu adamların hüquqi birinci özləri pozur. Belə bri cəmiyyətdə vətəndaşlardan qanuna hörmət gözləmək olmaz”.

 

Seymur Əliyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin