Kəlbəcərli məmur anasının adına olan mülkdə “mafiya klub” yaradıb - VIDEO

Hazırda oxunan: Kəlbəcərli məmur anasının adına olan mülkdə “mafiya klub” yaradıb - VIDEO

43790
Bir müddət öncə ölkənin müxtəlif KİV-lərində yayımlanan bir video müsahibədə Fərqanə Ələkbərova adlı Kəlbəcər sakini rayon təhsil şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırovun ona müəyyən şərtlər müqabilində saxta diplom, Bakı şəhərində ev, maşın alacağını bildirdiyi öz əksini tapmışdı. Müsahibəsində Fərqanə Ələkbərova təhsil müdirinin verdiyi vədlərin içində ancaq ona saxta diplom aldığından şikayətlənmişd: 
“Mənə Müəllimlər Institutundan saxta diplom düzəltdi. Mənə dedi ki, sənə həyatda nə desən, nə istəsən edəcəm. Özüm də səni ərə verəcəm. Mənim adımı batırdı. Insanlar içinə çıxa bilmirdim. Ailə qura bilmirəm. Valideyinlərimlə birlikdə Kəlbəcərin icra başçısı Vidadi Məhərrəmovun yanında olduq. Dedi ki, bu söhbəti danışmayın. Mən bağlayacam. Kəlbəcərin adına ayıbdı deyib, bizə şikayət etməyə imkan vermədi. Beləliklə, Vidadi müəllim imkan vermədi biz ondan şikayət edək”.
Məhəmməd Bağırov barədə daha bir ifşaedici fakt Moderator.az-a daxil olub. Belə ki, adı külli miqdarda korrupsiya və saxta diplom qalmaqalında hallanan sabiq Təhsil Şöbəsinin müdiri Məhəmməd Bağırovun  anası Şövkət xanımın  adına olan Gəncə şəhərində yerləşən qeyri yaşayış sahəsində “Dədəmin" Çay evi nəzdində “Mafiya Klub” yaradıb. Belə ki, Məhəmməd Bağırov bu mülkü əvvələr icarəyə götürmüş Sadir Ağakişiyevə 30.000 manat verməkdə böhtan atıb.Kəpəz rayon Məhkəməsinə kimi gedib çıxan mülk “razborkası” zamanı məlum olur ki, bu gün lurnalist Ərşad İbrahimovun üzünə şahid kimi duran Əliyev Süleyman Təminxan oğlu həmin işdə də yalandan  şahidlik edib. Bu videomaterialda M.Bağırov ətrafında “Pristupniy mir”in adamlarının muzdlu dəstələrlə insanları necə şantaj etməsini açıq aydın görünür. Nəhayət, Kəpəz Rayon Məhkəməsi Sadir Ağakişiyevin xeyrinə qətnamə çıxararaq M.Bağırovun yalandan böhtan atmasını sübuta yetirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin