Fərhad Mehdiyev bir neçə saytı məhşər ayağına çəkib...

Hazırda oxunan: Fərhad Mehdiyev bir neçə saytı məhşər ayağına çəkib...

43731

Politoloq Fərhad Mehdiyevin bəzi media orqanları ilə məhkəmə çəkişməsi davam edir. Bu barədə Moderator.az-a açıqlama verən politoloq dia.az saytına qarşı 10 min manatlıq təzminat irəli sürdüyünü bildirib:

“Dia.az-la bağlı iş məhkəmədədir. Avrasiya saytı isə bununla bağlı  təkzib verəcək”

Politoloqun bildirdiyinə görə, əgər onunla bağlı əsassız iddialar ortaya atan saytlar təkzib verərlərsə, o zaman təzminat məsələsinə yenidən baxa bilər:

“Verilən təkzibin məzmunundan çox şey asılıdır. Əgər təkzib təkzib kimi olarsa, təzminat tələbi haqqında yenidən düşünmək olar”.

Məlumat üçün qeyd edək ki, bəzi saytlarda politoloq Fərhad Mehdiyevin nurçuluq təriqətinə bağlı olması ilə bağlı informasiyalar dərc edilib ki, bu da politoloqun etirazına və onun məhkəmələrə üz tutmasına səbəb olub.

 

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin