“Ərdoğan oğurluq üstündə küncə sıxışdırılmış şəxs vəziyyətindədir”

Hazırda oxunan: “Ərdoğan oğurluq üstündə küncə sıxışdırılmış şəxs vəziyyətindədir”

43671

Türkiyədə 30 mart bələdiyyə seçkiləri yaxınlaşdıqca siyasi müstəvidəki mübarizə də ictimai ab-havaya müvafiq olaraq gərginləşməkdədir. Bir müddət bundan öncə baş nazir Rəcəb Tayyib Ərdoğana qarşı irəli sürülən korrupsiya ittihamı fonunda 30 mart seçkilərinin prinsipial əhəmiyyət kəsb edəcəyini bildirən siyasilər, məhz bu seçkilərin Ərdoğan hökumətinin gələcək aqibəti baxımından ciddi əhəmiyyət kəsb etdiyi qənaətindədirlər. Siyasilərin fikrincə, AKP-nin 30 mart seçkilərində alacağı məğlubiyyət Ərdoğanın siyasi lider kimi sonunun başlanğıcı  olacaq.

 

Məcburi özünümüdafiə və canlı qalxan

 

Siyasilərin fikrincə, mövcud vəziyyət Ərdoğanın özü tərəfindən də kifayət qədər kritik qiymətləndirilməkdədir. Məhz belə bir yanaşmanın nəticəsidir ki, yalnız Türkiyənin deyil, dünyanın demokratik kəsiminə, sosial şəbəkələrə qarşı ittihamlar yağdıran Ərdoğan, öz mövqeyini qoruyub saxlamaq üçün bugünə qədər ehtiyac duymadığı ciddi siyasi gedişlər həyata keçirməkdədir. Audio yazılarla ifşa olunan və bu faktlar sayəsində siyasi kariyerasının ən böyük uğursuzluğu ilə üzləşən Ərdoğan, hələ də ona inanmaqda davam edən on minlərlə insanı küçələrə çıxartmaqla xalqın onu dəstəklədiyini isbat etməyə çalışır. Onun korrupsiya əməllərini faktlar və inkaredilməz dəlillərlə sübut edən qüvvələri xalqa, dövlətə xəyanatdə ittiham edən baş nazir, öz məsumluğunu sadə vətəndaşların inamını alət edərək isbatlamağa cəhd edir ki, bu da özünü hər ötən gün daha aydın büruzə verir. Siyasilər isə hesab edir ki, Ərdoğan tərəfindən “məcburi özünümüdafiə” tədbirləri çərçivəsində atılan bu addımların heç biri onun siyasi imicini bərpa etməsi və öz postunu qoruyub saxlaması üçün yetərli olmayacaq.

 

“Ərdoğan yalanlarla özünə bəraət qazandırmağa çalışır”

 

Moderator.az-a açıqlama verən konfiliktoloq Elxan Mehdiyev hesab edir ki, Türkiyənin 30 mart seçkilərində kimdən yana mövqe sərgiləyəcəyi hələ bəlli olmasa da, Ərdoğanın öz postundan sui-istifadə etdiyi, xalqın milyonlarına əl uzatdığı bəllidir və bu faktı heç kim inkar edə bilməz: “30 mart seçkiləri və onun nəticəsi bu gün bütün dünyanın marağında olduğu, cavab axtardığı məsələlərdəndir. Hələ ki, bu suala birmənalı cavab vermək mümkün deyil. Açıq şəkildə, səs qayıtları ilə sübut edilən bir məsələdə, yəni baş nazirin bilavasitə oğurluq və rüşvətə qoşulması, ailə üzvlərinin də bu prosesə cəlb edilməsi hər kəsə bəllidir. Bu, inkar ediləsi mümkün olmayan bir həqiqətdir. Lakin bütün bunlara baxmayaraq, Ərdoğan hələ də yalanlarla özünə bəraət qazandırmağa çalışır”.

Ekspertin sözlərinə görə, bu gün Ərdoğan nəzarətində olan media orqanları vasitəsi ilə rəqiblərinə qarşı ciddi təbliğat kampaniyası aparır ki, məqsəd ona və ailəsinə yönəlik hücumları önləmək, baş rolda özünün çıxış etdiyi korrupsiya faktının həqiqət olmadığını isbatlamaqdır: “O, əsk hücuma keçərək öz çirkin işlərini ört-basdır etməyə çalışır. Əlində olan KİV orqanları ”“ televiziya və qəzetlərin vasitəsi ilə o, özünümüdafiə və əks-hücum kampaniyası aparmaqdadır. Bu həmin mediadır ki, son 10 ildə Ərdoğan onları öz nəzarəti altına almağa nail olub. Milyardlarla yığılmış pulların hesabına savadsız kütləni öz ətrafına toplayaraq, onları meydanlara yığaraq bütün günü ölkənin demokratik müxalifətinə, fəal demokratlarına, demokratik fikirli ziyalılara, jurnalistlərə, alimlərə, demokratik dünyaya və bu dünyanın gətirdiyi sosial şəbəkələrə qarşı müharibə aparmaqdadır. Ərdoğan oğurluq üstündə küncə sıxışdırılmış  vəziyyətdədir.  Qəribə də olsa, bu gün həmin oğrunun hər kəsi oğru tutması presidenti yaşanır”.

 

Son söz xalqındır

 

E.Mehdiyev hesab edir ki, Ərdoğanın siyasi lider kimi taleyi Türkiyə xalqının iradəsindən asılıdır və xalq 30 mart seçkilərində kimdən yana olduğunu ortaya qoyacaq. Lakin konfiliktoloq hesab edir ki, əgər 30 mart seçkilərində əksəriyyət AKP-dən yana səs verərsə, o zaman problemi baş nazirdə deyil,  Türkiyə xalqının özündə axtarmaq lazımdır: “Bütün bunlardan sonra türk milləti həqiqətən də Ərdoğana səs verərsə, o zaman bu problemi türk xalqının özündə axtarmaq lazımdır. Qılıncdaroğu bu durumu aşağıdakı sözlərlə daha düzgün ifadə etdi. O, bildirdi ki, hər şey türk millətinin  əlindədir. O, halalamı, haramamı səs verəcək ”“ bu onun öz ixtiyarındadır. Əgər xalq Ərdoğana səs verəcəksə, bu o demək olacaq ki, problem yalnız Ərdoğanda deyil, həm də ona səs verənlərdədir”.

 

Seymur Əliyev  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin