Rəsul Quliyev Ukrayna hadisələrinin nəticələrini şərh elədi

Hazırda oxunan: Rəsul Quliyev Ukrayna hadisələrinin nəticələrini şərh elədi

43438
Eks-spiker Rəsul Quliyev Moderator.az-a açıqlamasında Ukrayna hadisələri və Krım böhranında Qərbin Rusiyaya qarşı adekvat təzyiq nümayiş etdirə bilməməsinə maraqlı şərh verib, onu təqdim edirik:

Ukrayna hadisələri və nəticələri 20-ci əsr 30-cu illərin siyasi tamaşası yenidən dünya səhnəsində.
 Bu dəfə sivil dünyanın apardığı siyasət yeni dünya müharibəsinin qarşısını ala biləcəkmi?
 
  Prezident Putinin Hitlerin metodlarından istifadə etməsini inkar etmək mümkün deyil. Hələ ki hər bir detal eynilə 1938-ci ildə olduğu kimi davam edir. Krımın işğal edilməsi ilə Avstriya və Çexoslovakiyanın Sudet vilayətinin işğal olunması identikdir. İşğal qabağı hökümətlərin dəyişdirilməsi, alman silahlılarının mühüm obyektləri nəzarətə götürməsi arxasınca qansız -qadasız işğal. Bu hadisələrdən sonra çoxsaylı mitinqlərin keçirilməsi, Hitlerin Avstriya və Çex faşistləri ilə tribunada dayanması və çıxış etmələri. O vaxtı kütlənin "hayl Hitler", indisə "Putin- Putin" deyə bağırması ancaq lentə çəkmək texnologiyası ilə fərqlənir, ssenari 100 faiz üst -üstə düşür.
 Yeganə fərq budur ki, o vaxt bu ölkələrin işğalına Qərb razılıq vermişdi. Və düşünürdülər ki, Hitlerin ağzına atdığı bu sümüklə onu susdurmağa nail olacaqlar.
 Krımla əlaqədar Avropa və ABŞ-ın pozisiyası daha çox Hitlerin Polşanı işğal etməmişdən öncə Qərbin tutduğu pozisiyaya oxşayırdı. Yəni Polşaya onu tək qoymayacaqlar vədini verməklə yanaşı Hitleri belə bir addım atsa Qərbin silahlı qüvvələri ilə rastlaşacaqlar xəbərdarlığını edirdilər. Eynən indiki kimi (Putinin də belə bir addım atacağına inanmırdılar) Hitlerin bu xəbərdarlıqdan sonra belə bir addım atacağına inanmadıqlarından konkret nə müharibə, nə də sanksiyalar siyasəti formalaşdırdılar. Almanların 17 günə Polşanın 70 faizini, o cümlədən Varşavanı işğal etməklərinə baxmayaraq Qərb ölkələri hələ də nə etmək lazım olduğunu bilmirdilər.
 Rusiyanın Ukraynanın Krım respublikasını işğal etmək planının olduğu 20 gün bəlkə də 2013-cü il noyabrın axırından Qərb ölkələri və ABŞ-a məlum idi.Son 20 gündə 1939-cu ildəki kimi dəfələrlə Ukraynaya "qorxma biz sənin arxanda dayanmışıq" və Rusiyaya "əgər Krımı aneksiya etsə, çox böyük problemlərlə rastlaşacaq" mesajlarını göndərirdilər. Qərbin əsas liderlərinin və ABŞ-ın prezidentinin Ukraynanın baş naziri ilə görüşməsi, Putinə "biz heç vaxt kənarda dayanmayacağıq" mesaji idi. Eynilə Hitler kimi (1938-ci ilin 14 aprelində parlament 99.73 faizlə Almaniyanın tərkibinə keçirik və Hitler sabahı gün onu qəbul etdi) Putin 16-sı martda 99 faiz RF-nın tərkibinə daxil oluruq referendum və parlamentin qərarını 17 martda  Krımı anneksiya etmək fərmanı ilə təsdiqlədi. RF-nı hədələyən Qərb və ABŞ-ın 17 martda qəbul etdiyi sanksiyalar göstərdi ki, Qərb Rusiyanın aqressiyasına cavab verməyə hazır deyil. Bu sanksiyalar eynilə 1938-39 ”“cu illərdə olduğu kimi işğalçının (yəni Putin və onun yastreblərinin) eyforiyasına səbəb oldu. Putinin "onlar bizə heç bir şey edə bilməzlər, məcbur olub çəkilib oturacaqlar yerlərində" hipotezi özünü doğrultdu. Dumanın deputatlarının "Obamaya müraciət edəcəyik ki, bütün deputatlara sanksiya qoysun  və ya Putinin NATO-nun hərbi manevrlərini qoy silahlarını parıldatmaqdan zövq alsınlar" kimi alçaldıcı münasibətləri əlbbəttə bütün sivil dünya üçün çox ağır təhqirdir. 1 milyard tondan çox təbii sərvət, neft və qaz ixrac edən, ümumi dünya məhsul istehsalının 2.5 faizini enerji ixracsız 1.2 faizini təşkil edən RF ümumi məhsulun demək olarki 50 faizini (demək olar ki, neftsiz və qazsız) istehsal edən Qərbə meydan oxuyur. Bu anormal vəziyyət belədə davam edəcəkmi? Putinin dediyi kimi "bir az hay-küy salıb sonra susacaqlar" məntiqi özünü doğuldacaqmı?" 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin