Əzizağa Süleymanovdan Rəsul Quliyevə şok suallar

Hazırda oxunan: Əzizağa Süleymanovdan Rəsul Quliyevə şok suallar

43238
Eks-spiker Rəsul Quliyev 95-ci ilin qanlı 17 mart hadisələri barədə Moderator.az-ın xahişiylə geniş açıqlamada bulunub. Materialı sayta qoyduqdan az sonra Milli Qvardiyanın keçmiş komandiri, polkovnik Əzizağa Süleymanov saytın poçtuna aşağıdakı məzmunda yazı göndərib və onu olduğu kimi oxuculara təqdim etməyimizi xahiş edib:

"Mən Rəsul Quliyevin saytınızdakı açıqlamasını oxuduqdan sonra cavab vermək qərarına gəldim. Ancaq proseslərin içində olan və baş verənlərin bir çoxunu təfsilatıyla bilən azsaylı şəxslərdən biri olsam da əvvəlcə Rəsul Quliyevə bir neçə sualla müraciət etmək istəyirəm. O sualları cavablandırdıqdan sonra bildiklərimi deyəcəm.

1) 9-10 mart tarixində Rəsul Quliyev Rövşən Cavadovla gecə saatlarında kimin göstərişi əsasında görüşmək istədiyini acıqlasın.
2) Rəsul Quliyev baş prokurorun 1-ci müavini İsaxan Vəliyevlə və sonra Röşən Cavadovla birlikdə gələn Eldar Həsənovla görüşünün səbəblərini açıqlasın.
3) Əli Ömərovun hansı şərtlər əsasında istefaya getdiyini bildirsin.
4) Özünün Naxçıvandan gətirdiyi dəstə barədə danışsın. Neft-yağ zavodundan martın16-17-də gecə gətirdiyi 130 nəfərin silahları atıb gecə ikən Ali Sovetin binasından qaçdıqlarına aydınlıq gətirsin.
5) Martın 12-də Şəhidlər Xiyabanında Rəsul Quliyevin avtomobilinə kimlərin güllə atdığına cavab versin.Onun yadına salmaq istəyirəm ki, həmin vaxt Ali Sovetin və Prezident Aparatının, eləcə də Telestudiyanın mühafizəsinə mən cavabdeh idim.
6)Şəhidlər Xiyabanında üzbəüz duran iki dəstə arasında silahlı qarşıdurmanın son anda dayandırılmasının səbəbi niyə bu günədək sirr olaraq qalıb?
7)Mənimlə Vaqif Axundov arasında baş verən münaqişənin niyə onun üzündən baş verdiyinin sirrini desin. Məhz bu sirli görüşlərin qabağını aldığım üçün bu gün mən təqaüddəyəm. Məni tez vəzifədən götürdülər ki, İlham Əliyev bu məsələlərdən xəbər tutmasın. Bütün bu sirlərin üstünü açacam. Rəsul Quliyev bütün bu suallara cavab verdikdən sonra tam dəlil sübutla hadisələrin dərinliyini, iştirakçılarını bir-bir göstərəcəm. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin