Şeyx Səudiyyə səfərində kiminlə görüşmək istəyib

Hazırda oxunan: Şeyx Səudiyyə səfərində kiminlə görüşmək istəyib

43077

Xəbər verdiyimiz kimi, bir qədər əvvəl ölkə mediasında QMİ sədri Hacı Allahşükür Paşazadə barəsində informasiyalar yayılırdı. Qeyd edək ki, Şeyx bir qədər əvvəl Səudiyyə Ərəbistanına səfər edib, bu ölkədə keçirilən beynəlxalq konfransda iştirak edib. 

Ötən gün redaksiyamıza Şeyxin Səudiyyə səfəri ilə bağlı daha bir məlumat göndərilib. Məlumatda qeyd olunur ki, Şeyxülislamın durumu heç də yaxşı deyil, ərəblərdən etdiyi xahişi geri qaytarılıb. Sitat: “Allahşükür Paşazadənin durumu yaxşı deyil. Səudiyyədə səfərdə olanda, İslam Liqasının rəhbəri Abdullah əl”“Türkidən xahiş edib ki, onun küveytli iş adamı Əbdüləziz Babtinlə görüşünü təşkil etsin. 

Çünki Əbdüləziz Babtin əsli səudiyyəli olan əl-Humeydi qəbiləsindəndir. Səudiyyə dövlətində bu qəbilədən olan yüksək məmurlar hakimiyyətlə işləyir. Abdullah əl-Türki imtina edib. Şeyx Ərəbistanda yüksək dövlət məmurları ilə görüşmək istəsə də onu heç kim qəbul etməyib. Eyni zamanda Səud hakim ailəsindən Məkkə şəhərinin əmiri Faysal əl-Türki ilə də görüşmək cəhdi alınmayıb”.

Məlumatda qeyd olunur ki, Şeyxə yaxın mənbələrdən gələn xəbərdə bildirilir ki, Əbdüləziz Babtin Şeyxə verdiyi pul sənədlərini Azərbaycan hakimiyyətinə göndərməyə hazırlaşır: “Şeyx cəhd edir ki, Əbdüləziz Babtinlə görüşsün və məsələni həll etsin. Şeyxin durumu çox çətindir”.

Xatırladaq ki, bir qədər əvvəl mətbuatda yayılan məlumatlarda Şeyxülislam ərəb iş adamı Əbdüləziz Babtinin Azərbaycanda İslam Universiteti tikmək üçün ayırdığı pulları mənimsəməkdə ittiham olunurdu. QMİ sədrinin yaxınları isə bu məlumatları təkzib edirlər. 

müsavat.com
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin