FHN Sahil Ticarət Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.
Moderator.az qurumun saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 2000 kv.m olan ticarət mərkəzində mağazalar və geyim malları 800 kv.m sahədə yanıb.
Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən binadan 37 nəfər təxliyə olunub.
Üçüncü mərtəbənin qalan hissəsi, ticarət mərkəzinin 1,2-ci mərtəbələri və yuxarı mərtəbələrdəki mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 11:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.





























































































