Ağdam rayon prokuroru barədə şok iddia

Hazırda oxunan: Ağdam rayon prokuroru barədə şok iddia

42968
Moderator.az-a Ağdam rayonunda baş verən və rayon prokurorunun da adı keçən çox acınacaqlı bir olayla bağlı məlumat daxil olub. Belə ki, Əliyev Lənkəran Murad oğlu Ağdam rayonu İmamqulubəyli qəsəbəsində Su Artezian İdarəsində 2007 -ci ildən işləyir. Bu vaxta kimi cəmisi 530 manat əmək haqqı alıb ki, bu məbləği də aylara bölsək ayda 8 manat deməkdir. 2008-ci ildə Su Artezian İdarəsinin rəisi Lənkəran Əliyevə deyib ki,600 manat ver, səni işində saxlayım, həm də maas kartını verim. Bu yetim də rəisin yağlı dilinə aldanaraq həmin pulu borc alıb verib. Sonradan məlum olub ki, Lənkəran Əliyev işləyə -işləyə maaş kartını başqasına veriblər. Əli yerdən-göydən üzülən və rəisi tərəfindən uşaq kimi aldadıldığını görən Lənkəran Əliyev bu faktlar barədə Ağdam Rayon Prokurorluğna müraciət edir. Üstündən bir müddət keçəndən sonra prokurorluqda tənbeh edilən Su Artezian İdarəsinin rəisi Şahmar Rzayev Lənkəran Əliyevin 600 manatını qaytarmaq istəsə də götürməyib ki, mənim 6 illik əmək haqqımı verməsən səndən əl çəkən deyiləm. İşin ən maraqlısı isə bundan sonra baş verib. Prokurorluğa təkrar müraciət edən Lənkəran Əliyevə deyilib ki, niyə Şahmar Rzayevin verdiyi 600 manatı götürməmisən, indi ki, belə ipə-sapa yatan adam deyilsən, sənə heç o pulu da verməyəcək, get nə bilirsən elə. İndi Lənkəran da Ağdam prokurorunun dediyini etmək üçün benzin axtarır. Yəqin Lənkəranın tüstüsü təpəsindən çıxanda prokuror dediklərini danacaq, ancaq o zaman kimsə ona inanmayacaq...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin