Şəkidə bayraq rəzaləti

Hazırda oxunan: Şəkidə bayraq rəzaləti

42889
Moderator.az xəbər verir ki, dünən Yaponiyanın Azərbaycandakı səfiri Şəkiyə səfəri çərçivəsində rayon icra hakimiyyətinin başçısı ilə bir görüş keçirərək ölkəsinin rayona daha bir maliyyə yardımı tranşının ayrılması barədə müqaviləyə imza atdı. İmza törənində yenə də rəzalət yaşandı və Azərbaycanın düşmən gözünə ox kimi sancılan üçrəngli bayrağı yenə də "incidildi".
 Belə ki, bir çox tədbirlərdə olduğu kimi burada da icra başçısı Elxan Usubovun necə deyərlər, burnunun ucundakı Azərbaycan bayrağının tərsinə asılmasından kimsənin ruhu da incimədi. 
Görünür, nəhayət Azərbaycan parlamenti son vaxtlar ənənə halını almağa başlayan bayrağa qarşı hörmətsizliyə görə ayrıca cəza nəzərdə tutulan maddəni nəzərdən keçirməyə məcbur olacaq. Bu cür səhlənkarlıq və məsuliyyətsizilik edən protokol xidməti əməkdaşlarından əlavə həmin masada oturan yüksək çinli məmur da dərhal haqq etdiyi cəzanı alacaq. Yoxsa hər dəfə bu cür bayraq rəzaləti yaşanacaq...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin