Hacı Mirəziz Seyidzadənin səhhətiylə bağlı son durum

Hazırda oxunan: Hacı Mirəziz Seyidzadənin səhhətiylə bağlı son durum

42704
Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri, İlahiyyat üzrə fəlsəfə doktoru, tanınmış din və ictimai xadimi Qazi Hacı Mirəziz Seyidzadə son günlər səhhətində yaranan problemlə bağlı mətbuata açıqlama yayıb. M.Seyidzadə bildirib ki, martın 3-də gecə saatlarında beyin-qan dövranının pozulması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib:
 “Həkimlərin bildirdiyinə görə, daxil olan zaman vəziyyətim orta-ağır olsa da, indi özümü daha yaxşı hiss edir, məni ziyarət edənlərlə ünsiyyətə girə bilirəm. Allaha şükürlər olsun ki, huşum özümdədir, heç bir aparata qoşulmamışam, hazırda həkimlərin nəzarəti altında müalicəmi davam etdirirəm. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə telefonla danışmışam, hörmətli Şeyx həzrətlərinə təşəkkür edirəm, səhhətimlə maraqlanıb, lazımı köməkliyini göstərib. Baş həkim Tərlan Bəbirov başda olmaqla tibbi personala, bütün dostlara, qayğıkeş tələbələrimə və xüsusən də diqqətlərinə görə mətbuata təşəkkürümü bildirirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin