Müsavat Partiyası Divanının üzvü İkram İsrafil Moderator.az-a açıqlamasında AXCP qərargahındakı partlayışla bağlı maraqlı fikirlər səsləndirib. Sözügedən partlayışın gələcəkdə də təkrarlanma ehtimalının mövcud olduğuna diqqət çəkən İ.İsrafil, bu kimi situasiyalarda AXCP-yə dəstək verməyə hazır olduqlarını bildirib:
“Müsavat Partiyası olaraq şübhəli partlayışdan dərhal sonra məsələ ilə bağlı ilk olaraq münasibət bildirmişik. Belə partlayışların istənilən vaxt istənilən yerdə törədilə bilməsi mümkündür. Heç bir insan, heç bir mal-mülk bundan sığortalanmayıb.
Əlbəttə, Müsavat olaraq belə durumlarda AXCP-yə hər cürə dəstəyimizi göstərməliyik. Necə ki, əvəllər də bunu etmişik”.
Seymur Əliyev

































































































