Dünyanın təhlükəsizliyini təhdid edən separatizm təhlükəsi Azərbaycandan da yan keçməyib. Bu azmış kimi dörd bir yandan müstəqilliyimizə, suverenliyimizə xor baxan qüvvələr hər zaman bizi səksəkədə saxlayır. Bu baxımdan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin Moderator.az-a iki gün öncə verdiyi açıqlama müəyyən qrupları və fərdləri yerindən oynadıb. Bunu dəstəkləyənlər də olub, dodaq büzənlər də. Elə buna görə də V. İsgəndərli təkrar bizə müraciət edərək cavab yazısını verməyimizi xahiş edib.
"Əziz dostum,əqidədaşım ,hörmətli ziyalımız Ataxan müəllim!
Mənim Moderator.az saytındakı açıqlamamla bağlı yazdığınız statusu oxudum. Siz hal-hazırda Avropanın ən inkişaf etmiş ölkələrinin birində yaşayırsınız.Sözsüz, Siz oradan Azərbaycanı daha yaxşı görürsünüz.Mənim açıqlamamda hər hansı bir xalqın qürur hissinə toxunan bir məqam yoxdur.Mən əslən Göyçaylıyam və milliyətcə azəri türküyəm.Hər bir normal insan kimi mən də öz millətimlə fəxr edirəm,necə ki, Siz talış xalqının nümayəndəsi olmağınızla fəxr edirsiniz. Bu gün görün Ukraynada-Rusiyada nələr baş verir? Faktiki eyni slavyan millətlər qrupuna daxil olan xalqın nümayəndələri faktiki müharibəyə başlayıblar. Ukrayna xalqı faktiki müstəqillik əldə edib Avropaya inteqrasiya olmaq istəyirlər.Rus imperiyası buna imkan vermir,çünkiUkraynanın itirilməsi rus imperiyasının dağılmasına gətirib çıxaracaq. Azərbaycandakı vəziyyətsə xeyli fərqlidi.Burada bir əsrdən çoxdur azəri türkləri - qardaşları sayılan talışlarla,ləzgilərlə,tatlarla,yahudilərlə,elə ruslarla mehriban yaşayır.100 minlərlə qarışıq, xoşbəxt ailələr var. Bu gün Azərbaycanda tək talış xalqının deyil,ümumilikdə bütün xalqların problemi var. Bir sual verim, Hadı Rəcəbli ilə -Aydın Mirzəzadənin nə fərqi var?Və yaxud milliyətcə talış olan bir harınlamış məmur və onun övladları ilə harınlamış azəri-türkünün,tatın,ləzginin,rusun və s. nə fərqi var ? Onlar eyni qaydada bu millətin sərvətini talayır və törətdikləri cinayətlərə görə heç bir cəza çəkmirlər.Bəla ümümmilli bəladır. Mən türmədə olanda ,mənə verilən zülm heç kəsə edilməyib.Mənim vəkilim -qəhrəmancasına döyüşən Xalid Bağırov kimdi ? Talış xalqının ləyaqətli nümayəndəsi. Göyçayda məhkəmə prosesimdə öyrədilmiş bir şərəfsiz,nakişi KOMUNXOZUN müdüri Loğman Əliyev (hal- hazırda 6 il cəza cəkir ) Xalid Bağırovu və talış xalqını təhqir etdi. Xalid dinmədi.Mən ayaqa qalxıb ona- şərəfsizə haqq etdiyi sözləri dedim - "sənin kimi 1000 şərəfsizdən Xalidin dırnağı dəyərlidi. Dərhal Xalid Bağırovu Göyçayın qeyrətli və fəxri vətandaşı elan etdim".(Xalid və 120 min əhali şahiddir) Bir hüquq müdafiəçisi kimi mənim prinsiplərim var-Mənə məhkəmədə şərəfsiz hakim Elxan Süleymanov bir söz dedi: "Səni bu gün ermənilər də müdafiə edir" Mənim cavabım -"Siz hüquq müdafiəçisini qondarma ittihamlarla tutanda nəinki,ermənilər,faşistlər də sizi qınayacaq"
Elə oradaca zalda Azərbaycanın dövlət himnini oxumaqa başladım.Şərəfsiz hakimsə əmr etdi ki, ağzını baqlayın! Və mənim ağzımı “skoç” ilə bağladılar.Danışanda ona dedim ."Kimdi indi ermənipərəst? Mən millətimin himnini oxudum, sizlər ağzımı çkoçladınız".
Bir sözlə, Moderator.az-dakı fikirlərimi yenə müdafiə edirəm.Əlavə olaraq bildirmək istəyirəm ki,pozğunun,oğrunun,cinayətkarın vətəni olmur.Bütün bunları nəzərə alaraq bu yaxınlarda bu mövzuda dəyirmi masa təşkil edəcəm. Mənim bir məqsədim var -Azərbaycanda heç vaxt milli zəmində konflikt olmasın, Azərbaycanda demokratik, hüquqi bir dövlət quraq.Birlikdə möhkəm,qanuna söykənən ,qanunun aliliyini təmin edən,bütün xalqların xoşbəxt olacağı bir şərəfli EV tikək.Bu evdə dilindən,dinindən,millətindən asılı olmayaraq hamımız xoşbəxt yaşayaq.Daha məmurların bizə qarşı törətdikləri siyasi terrorlari əsas gətirərək millətçiliyə,separatizmə,tayfaçılığa rəvac verməyək.
Ataxan müəllim, Siz statusunuzda qeyd etmisiniz ki,yaxşı olardı Cəmil müəllim özü bu mövzuda cavab yazardı.Mənə jurnalist sual verib, mən mövqeyimi bildirmişəm.Mən heç o Hacıbaba müəllimi tanımıram.Cəmil müəllimi isə 20 ildən artıqdı tanıyıram və hörmət etdiyim ziyalılardan biridi. Milli Şuranın sədri olduğunu görə yox, millətin seçilmişlərindən olduğu üçün.
Hörmətlə Vidadi İsgəndərli
































































































