Soçi sammitindən imtina olundu

Hazırda oxunan: Soçi sammitindən imtina olundu

42551
Ağ Evin mətbuat xidməti G7 ölkələrinin (Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ) "səkkizliyin" Soçidəki sammitinə hazırlığın dayandırılması barədə bəyanat yayıb. Bu barədə Trend Ria Novosti agentliyinə istinadən məlumat verir.
G7 ölkələri bildiriblər ki, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirlər, həmçinin kreditləşmənin yeni proqramını tərtib etmək üçün ölkənin Beynəlxalq Valyuta Fondu (BVF) ilə əlaqələrini dəstəkləmək niyyətindədirlər.
Ölkələr həmçinin Ukraynaya ikitərəfli və çoxtərəfli yardım paketinin yaradılması üzrə işi davam etdirməyi öhdələrinə götürüblər.

Moderator.az  xəbər verir ki, həmin ölkələr Rusiyanın Ukraynaya son münasibətini əsas gətirərək birgə bəyanat qəbul ediblər.  
 “Biz hesab edirik ki, Rusiyanın Ukraynaya qarşı addımı G8-in prinsiplərinə ziddir. Bununla əlaqədar olaraq biz iyulda Soçidə keçiriləcək G8 sammitinin hazırlıq mərhələsinə qatılmaqdan imtina edirik”.  
Bəyanata Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ, eləcə də Avropa Şurası və Avropa Komissiyası imza atıb.   
G8 ölkələri həmçinin Moskvanı onu narahat edən təhlükəsizlik və insan haqları ilə bağlı məsələləri beynəlxalq müşahidəçilərin iştirakı ilə həll etməyə çağırıblar. 
Bəyanat müəllifləri bu məsələdə Rusiyaya kömək etməyə hazır olduqlarını bildiriblər. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin