Nizami Süleymanovdan ölkə əhalisinə sürpriz Novruz hədiyyəsi

Hazırda oxunan: Nizami Süleymanovdan ölkə əhalisinə sürpriz Novruz hədiyyəsi

42463

Dünən saat 16.00-dan etibarən akademik Nizami Süleymanov kəşf etdiyi pozitiv bioenerji ötürən unikal xarakteristikaya malik cihazı ölkə əhalisinin ixtiyarına verib. Belə ki, akademik ölkədəki bir milyondan artıq avtomobilin dövlət qeydiyyat nömrəsinə nanokatalizator vasitəsilə bioenerji ötürməklə yanacaq sərfiyyatını azaldacaq texnologiyanı tətbiq edib. 

Bununla bağlı Moderator.az-a danışan akademik bunu Azərbaycan xalqına Novruz hədiyyəsi etdiyini bildirib:

“Avtomobillərin dövlət qeydiyyat nömrəsinə bizim yaddaşlı enerji aparatından pozitiv enerji göndərməklə yanacaq sərfiyyatını azaltmağı hədəfə almışıq. Biz artıq bu texnologiyanı dünən 16.00-dan tətbiq etmişik və prosesi qısaca oxucularınız üçün şərh etmək istəyirəm. Yəni atomobillər həmin enerjini alır və anındaca avtomobilin metal korpusuna, ordan da yanacaq çəninə ötürülür. Bu pozitiv enerjinin ötürülməsi nəicəsində yanacaqda molekullararası əlaqədə yumşalma baş verir və bu yumşalma da avtomobilin injektorundan və ya dizel yanacağı işlədən avtomobilin forsunkasından keçdikdə bir damla əvəzinə minlərlə kiçik damlacıqlar yaranır. Artıq elm sübut edib ki, istehsal olunduğu ölkədən və markasından asılı olaraq konveyerdən çıxan hər bir yeni avtomobil belə yanacağı tam yandırmır. Yəni ən azı avtomobillər orta hesabla 20-40 faiz yanacağı yarıçiy və ya çiy yandırır. Bu da öz növbəsində həm atmosferi çirkləndirir, həm də pul verib aldığın yanacağı işlədə bilmirsən. Ancaq yeni texnologiyanın tətbiqi sayəsində yanacağın tam yanmasına nail olunur, yəni tozlaşma dərəcəsinin çox yüksək artması hesabına, yanacaq damlalarının nanozərrəciklərədək xırdalanması nəticəsində yanma yüz faiz gedir. Bu gün rəsmi statistikaya görə Azərbaycanda 1milyon 245 min ədəd avtomobil var. Təkcə 2013-cü ildə 1milyon 229 min 300 ton benzin işlənib. Dizel yanacağının sərfiyyatı isə 671 min 300 ton təşkil edir. Yəni rəsmi statistikaya görə ötən il respublikada təqribən 2 milyon tona yaxın yanacaq işlənilib. Hər il Azərbaycana orta hesabla 100 min avtomobilin də gətirildiyini və bu avtomobillərin də təxminən 70-80 faizinin Bakıda sürüldüyünü nəzərə alsaq bu texnologiyanın tətbiqinin necə böyük fayda verəcəyini təsəvvür etmək çətin deyil. Bu il orta hesabla 2milyon ton yanacaq sərfiyyatı nəzərdə tutulduğunu nəzərə alsaq hesablamalarımıza görə il ərzində atmosferə 35 milyon ton çirkli hava atılacaq. Bunların da ən təhlükəlisi xərçəng xəstəliyinin törədicisi olan dəm qazı, bir da havanı çirkləndirən karbohidrogendir. Artıq rəsmi olaraq etiraf edilib ki, ölkədə istehsal olunan yanacaq çatışmır və daxili bazarı yanacaqla tam təmin etməkdə problem yaranıb. Amma mən tam əmin edirəm, əlimizdə elə bir texnologiya var ki, onu tətbiq etməklə yanacaq sərfiyyatını azalada bilərik və yanacaq idxal etməyə ehtiyac qalmaz. Bu həm də obrazlı desək, bir güllə ilə iki dovşan vurmaqdır. Yəni həm Bakı şəhərinin dəhşətli çirklənməsinin qarşısını ala bilərik,həm də hər il on milyonlarla vəsait vətəndaşımızın cibində qalar.

Biz 2012-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşmaya əsasən 3 ay-iyul, avqust və sentyabr ərzində bu texnologiyanı tətbiq edik. Bir milyon avtomobilə həmin pozitiv bioenerjini göndərdik. Nəticə inanılmaz oldu. Yəni havadakı çirklənmə faizi 2 dəfəyədək azaldı. Etiraf edək ki, bəzi mütəxəssislər bu nəticələri başqa şeylə izah eməyə çalışdılar ki, çirklənmənin aşağı düşməsində bizim texnologiyanın tətbiqi deyil, cənub küləyinin üstünlük təşkil etməsi həlledici rol oynayıb. Ancaq mən bu iddianı qəbul etmədim və əksini sübut etdim. Əlimizdə digər tutarlı dəlillər də var. Paytaxtdakı tutumu 50-200 maşın olan müxtəlif qarajlardan da əldə etdiyimiz məlumatlara görə bizim texnologiyanın tətbiqi nəticəsində ordakı zəhərli qazların da miqdarı kifayət qədər azalıb. Bu nəticələri Türkiyədən də aldıq ki, pozitiv enerjini avtomobillərin dövlət qeydiyyat nömrə nişanlarına hətta məsafədən asılı olmayaraq Bakıdan göndərəndə də Ankarada, İstanbulda, Antalyada, İzmirdə uğurlu nəticələr əldə olundu və bizə bununla bağlı rəsmi sənədlər təqdim olundu. Mən bir daha ölkə əhalisinə və dövlət rəsmilərinə təıklif edirəm ki, xaricdən əlavə yanacaq idxalına ehtiyac yoxdur və biz bu texnologiyanın tətbiqiylə bu boşluğu doldurmaq iqtidarındayıq. Bir ay ərzində bu prosesi həyata keçirəcəyik, ondan sonra qərarı biz yox, səlahiyyətli qurumlar və şəxslər verməlidir.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin