Polis jurnalistin vəsiqəsini alıb qaçıb. Hazırda Sevinc Vaqifqızı Nərimanov Polis İdarəsindədir.
Meydan TV-nin jurnalisti Sevinc Vaqifqızı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Meydan TV-yə məlumat verən jurnalist bildirib ki, polis küçə ticarətini dağıdarkən şəkilini çəkən zaman saxlanılıb:
"Jurnalist olduğumu söyləsəm də, vəsiqəmi alıb qaçdı". O, ticarətlə məşğul olan şəxsin də idarəyə gətirildiyini söylədi.
İdarənin şəxsi heyət üzrə rəis köməkçisi Azər Məmmədiv hazırda jurnalistin onun yanına gətirildiyini və məsələni araşdırmaq üçün söhbət apardığını bildirdi:
"Xanım küçədə qanunsuz limon satan qadını polis oradan uzaqlaşdırarkən çəkirmiş. Biz indi jurnalistin vəsiqəsini alan polisin hərəkətlərini araşdırırıq. Əgər qanun pozuntusu olsa, polis lazımı qaydada cəzalandırılacaq".
A.Məmmədov bildirdi ki, jurnalist tezliklə sərbəst buraxılacaq.
Polis jurnalistin vəsiqəsini alıb qaçıbdı. Təxminən yarım saat Nərimanov Polis İdarəsində saxlanılan jurnalist sərbəst buraxılıb.
Fevralın 28-də saat 18.30 radələrində Nərimanov rayonu ərazisində küçə ticarətinin polis tərəfindən dağıdılması zamanı çəkiliş apararkən saxlanılan jurnalist Sevinc Vaqifqızı sərbəst buraxılıb. O Nərimanov rayon Polis İdarəsinə aparılıb və rəis Muradəli Əliyevlə onu qəbul edib. İdarə rəisi jurnalistin vəsiqəsini özünə qaytarıb və ona təzyiq göstərən jurnalisti cəzalandıracağını bildirib. Təxminən yarım saatdan sonra Meydan TV-nin əməkdaşı sərbəst buraxılıb.
































































































