Çingiz Qənizadə: “Əli İnsanov nə vaxtdan siyasi məhbus olub?”

Hazırda oxunan: Çingiz Qənizadə: “Əli İnsanov nə vaxtdan siyasi məhbus olub?”

42424
“Əli İnsanov vəzifədə olan zaman törətdiyi qanunsuz əməllərdən dolayı məhkum olunub”.

 Bunu Moderator.az-a açıqlamasında millət vəkili Çingiz Qənizadə Əli İnsanovun “Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyəm” kimi iddiasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hələ ki, Əli İnsanovun nə üçün və hansı əsaslarla müraciət edəcəyi məlum deyil: “Bəzi mətbu orqanlar Əli İnsanovu siyasi məhbus kimi qələmə verirlər. Əli İnsanov nə vaxtdan siyasi məhbus olub? Bunu kim siyasiləşdirmək istəyir mən anlamıram. Əli İnsanov siyasi bəyanatlar verməklə ictimaiyyət arasında xal toplamaq niyyətindədir. Lakin nazir olan zaman ən azı 30-dan yuxarı məhkəmə qərarını icra etməmişdi. Mən hələ digər vəzifə cinayətlərini sadalamıram. Ona görə də düşünürəm ki, hər şeyə olduğu kimi yanaşmaq lazımdır. Hər kəsin qolundan yapışıb, onu siyasi məhbus etmək düzgün deyil”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin