Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının keçmiş direktoru İsa Veysovun Qazax rayonunun Daş Salahlı
kəndindəki evi yandırılıb.
Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, keçmiş direktorun fırıldağının qurbanına çevrilmiş tələbələr və onların valideynləri onun evini odlayıb. Belə ki, İsa Veysov tərəfindən aldadılaraq saxta diplom verilən həmin şəxslər və yaxınları çıxış yolunu keçmiş direktorun evini yandırmaqda görüblər. Hadisə yerinə yanğınsöndürənlərin cəlb olunduğu bildirilir.
































































































