Moderator.az xəbər verir ki, İspaniya Gömrük Mühafizə Müdirliyi və Fransız gömrük polisinin bircə keçirdiyi əməliyyat zamanı “ Berk Kapitan “ adlı Türk balıqçı gəmisində 12 ton xaşxaş bitkisinin ələ keçirildiyi və dörd nəfərlik Türk gəmi heyətinin həbs olunduğu bildirilir.
Gömrük Mühafizə Müdirliyi mətbuata verdiyi açıqlamaya görə, 11 Fevralda Mərakeşdə olan və İspaniyanın Melilla şəhərinin 30 kilometrliyində görülən Türk balıqçı gəmisi şübhə doğurub və bu səbəbdən gəminin havadan vertolyot və radarlar vasitəsi ilə nəzarətə götürülüb.
Əməliyyat 14 Fevral tarixdə səhər saatlarında Almeria sahillərində aparılıb. "Boğaz " adı ilə təşkil edilən əməliyyat zamanı gəmidə axtarış aparılıb. Anbar qismində 480 paket buğdanın içinə saxlanmış təxminən 12 ton xaşxaş aşkarlanıb. Almeria limanına çəkilən gəmiyə əl qoyulduğu, nəzarətə alınan dörd Türk mürəttəbatın isə günortadan sonra məhkəməyə çıxarıldığı xəbər verilir.
İspan gömrük səlahiyyətlilərinin , keçən iyun ayından bu tərəfə altıncı dəfə bu tip əməliyyatların təşkil edildiyini və Aralıq dənizidə yeni bir narkotik yolunun aşkarlandığı qeyd olunur.
Fransız , İtalyan və İspan gömrük mühafizə polisinin Aralıq dənizində apardığı əməliyyatlarda 50 tondan çox narkotik maddənin ələ keçirildiyi qeyd edilir.
Cinayətkar dəstələrin balıqçı və ya yük gəmilərini texniki nasazlıq adı ilə qısa müddətə Şimali Afrika sahillərində dayandırdığı və həmin vaxt limandan gəmiyə narkotikin yükləndiyi bildirilir.
Elman





























































































