Əsgər əsgəri güllələdi

Hazırda oxunan: Əsgər əsgəri güllələdi

41886
Azərbaycan Ordusunun əsgəri xidməti yoldaşını güllələyib.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Gəncədə yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
 
Hərbi hissənin əsgəri, 21 yaşlı Rafael Şükürlünün tabeliyindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Güllə onun əsgər yoldaşı, 20 yaşlı Nəcəfqulu Quliyevə dəyib. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.   
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin