Yeganə Hacıyeva Müsavatın boykot kampaniyasına dəstək verə bilər

Hazırda oxunan: Yeganə Hacıyeva Müsavatın boykot kampaniyasına dəstək verə bilər

41839
Bir aydan sonra Müsavat Partiyası bütün siyasi məhbusların buraxılmayacağı təqdirdə Birinci Yay Avropa Oyunlarının boykot kampaniyasına start verəcək. Təbii ki, mart ayında ənənəvi əfv gözlənilsə də bu qərarın bir çox siyasi məhbusa şamil edilməyəcəyi indidən də bəllidir. Odur ki, Müsavatın bu kampaniyaya start verəcəyi şübhə doğurmur.
Ancaq deyəsən partiya hələlik bu istiqamətdə tədbirlərə əl ataraq bu kampaniyanın irimiqyaslı olması üçün özünə müttəfiq axtarışına başlamağa tələsmir. Eyni zamanda ölkədəki ictimai-siyasi fəal şəxlərlə, vətəndaş cəmiyyəti təmsilçiləriylə də bu istiqamətdə hər hansı danışıqlar getmir. 
Müsavat başqanının keçmiş müşaviri Yeganə Hacıyeva da partiyanın bu təşəbbüsündən məlumatsızdır və Moderator.az-a açıqlamasında deyir ki, ona bununla bağlı müraciət edilsə dəyərləndirərək kənardan dəstək verə bilər:
"Ümümiyyətlə Birinci Yay Avropa Oyunlarının Azərbaycanda kecirilməsi sevindirici haldır. Bu həmcinin Azərbaycanın Avropanın və müasir dünyanın bir hissəsi olduğu və deməli, eyni dəyərləri paylaşmalı olduğunun bir daha sübutdur. Bu dəyərlər demokratiya, insan haqları və qanunun aliliyi, mülkiyyət hüququnun toxunulmazlığı və s. misal gətirmək olar. Təəssüf etdiyimiz məqam isə, keçmiş təcrübələrə istinad edərək deyə biləcəyimiz,  Azərbaycan hökumətinin bu beynəlxalq idman tədbirinin da vətəndaşların mülkiyyət hüquqlarının pozulması və irimiqyaslı maliyyə yeyintilərinin məqsədilə istifadə edilməsi niyyətləridir. Biz və beynəlxalq ictimaiyyət Eurovision mahnı yarışmasının bu məqsədlə istifadəsının  şahidi olduq. Bu günlərdə biz məhz bu olimpiya oyunları üzündən köçürmələr olacağı haqda məlumatları eşitmişik.
Birinci yay Avropa oyunları həmçinin ölkədəki gənclər təşkilatlarına , siyasi gurumlara , insan haqları müdafiəsi təşkilatlarına bu tədbirin keçirilməsi ilə bağlı ölkəyə yönələcək beynəlxalq diqqəti həmçinin ölkədəki insan haqlarının durumuna yönəltməyə imkan verəcək.O üzdən hər hansı bir təşkilatın bu istiqamətdə həyata keçirəcəyi istənilən addımları təqdir olunasıdır və mən bu istiqamətdə real  iş görmək istəyən istənilən qrupa dəstək verməyə hazıram. 
Sırf Musavat Partiyasının keçirəcəyi kampaniyaya aid suala gəlsək mənim bu haqda heç bir məlumatım yoxdur. Əgər belə bir dəqiq məlumat və ya müraciət olsa, bunu dəyərləndirərək kənardan dəstək verə bilərəm."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin