Moderator.az Allahşükür Paşazadəyə səsləndi

Hazırda oxunan: Moderator.az Allahşükür Paşazadəyə səsləndi

41355

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun yas mərasimlərindəki israfçılığın qarşısını özünəməxsus şəkildə almasından sonra onun bu qadağasının məsxərə predmetinə, lətifələrə çevrilməsi çox keçməmiş işə yaradı. Nəticədə cəmiyyədə və mediada bu məsələ eninə-boyuna şərh edildi və bəlli oldu ki, sən demə, “Naxçıvan xanı” ləqəbi qoyulan Vasif  Talıbov Bakıdan qərar- filan gözləmədən çox yerində bir addım atıb...

Beləcə onun bu addımı bu gün Azərbaycanın bütün bölgələrində keçirilən yas mərasimlərində hökmən müzakiə predmetinə çevrilir, insanlar gördükləri israfçılıqdan gileylənərək buna yuxarı səviyyədə bir əncam çəkilməsinin vacibliyini vurğulayırlar. Təbii ki, “yuxarılar” dedikdə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Prezident Administrasiyası nəzərdə tutulur.

Ancaq bəla burasındadır ki, balıq başdan iyləndiyi kimi bu məsələdə də problemin mənbəyi elə Bakıda, “Təzə Pir” məscidindəki dəbdəbəli yas mərasimləri zallarındadır. Belə ki, Allahşükür Paşazadənin iqamətgahında bir neçə mərtəbəli yas mərasimləri zalına gələnlər burda gördükləri “VİP” xidmətdən şoka düşürlər. Halbuki elə girişdəki foyedə divara QMİ-nin Qazilər Şurasının fətvası yazılmış lövhə vurulub. Onu oxuyanda adamın matı-mutu quruyur. Fətvada deyilir ki, elimizin-obamızın çox ibrətamiz adət-ənənəsi var və bunlardan biri də yas mərasimlərini mərhumun xatirəsi üçün böyük hörmət-izzətlə yola salmaqdır. Ancaq bu zaman yol verilən israfşlıq bütün fətva boyu qınanılır, islam dəyərləriylə bir araya sığmadığı vurğulanır. Ancaq adam çaş-baş da qalır. Belə ki, orada yazılanlarla yuxarı mərtəbələrdəki mənzərə bir-birinə elə ziddiyyət təşkil edir ki, adamı heyrət bürüyür.  O zaman sual olunur, divarda yazılan nədir, zallardakı dəbdəbə nə?

Moderator.az bu məsələni ictimailəşdirməklə heç də QMİ rəhbərliyini və şəxsən şeyx həzrətlərini hədəfə almaq niyyətində deyil. Əksinə, amacımız budur ki, Allahşükür Paşazadə nüfuzundan istifadə edərək bu məsələni prezident İlham Əliyevin qarşısında qaldıraraq bütün ölkə boyu islamın təməl prinsiplərinə uyuşmayan bu eybəcərliyə son qoyulsun. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin