Milli Şura fevralın 11-də dinləmə keçirməklə bağlı qərar verib. Qurum üzvləri bir məkanda toplaşaraq intiharların səbəbləri barədə fikir mübadiləsi aparacaq, təbii ki, bu zaman hakimiyyətə yönəlik də çoxsaylı təkliflər, "sərt açıqlamalar" dilə gətiriləcək. Maraqlıdır ki, vaxtilə İctimai Palata da bu və ya digər məsələ ilə bağlı dinləmələr keçirirdi. İndi Milli Şuranın bu addımı təkrarlaması heç də birmənalı qarşılanmır.
Hüquq müdafiəçisi Vidadi İsgəndərli isə Moderator.az- aaçıqlamasında deyir ki, əslində hamı bu intiharların səbəblərini bilir, ona görə də yaxşı olardı ki, Milli Şura daha aktual mövzunu gündəmə çıxaraydı-Görəsən, xalqın bu müxalifətə inanmamasının səbəbi nədir:
"Əgər Milli Şura bir təşkilat kimi qarşısına Azərbaycanda demokratiya uğrunda mübarizə məsələsini qoyubsa,əsas məqsədlərindən biri kimi hakimiyyət dəyişikliyi,hüququ dövlət quruculuğudursa,onun 11 fevralda intiharlarla bağlı dinləmələrlər təyin etmə səbəbi gündəmdə qalmaq məqsədi güdür, xalqa hec bir təsir etməyən toplantıdan başqa bir tədbir olmayacaq. Əgər biz bu gün Azərbaycanda baş verən cinayətləri 100 ballıq bir sistemlə ölçsək -intiharları ən uzaqı 5 ballıq cinayətlər sisteminə daxil etmək olar.Mən Sizə bir fakt deyim. 1995-97 illərdə intiharların sayına görə Azərbaycan dünyada liderlik edirdi. Təkcə Göyçayda 1 ildə 60-dan çox insan intihar etmişdi. Bu, büyük milli və sosial bəladı,əsas səbəblərindən də biri Azərbaycanda qanunların işləməməsi, korrupsiya, rüşvət, rəzalət və s. kimi bəlalardı. Mənə elə gəlir ki, Milli Şura sadəcə olaraq sosial problem olan intihar məsələsindən istifadə edərək hakimiyyətin bostanına daş atmaq istəyir. Ancaq bu boş bir tədbirdi.Tədbir keçiriləcək, "Azadlıq" qəzeti maraqları olduğu şəxsin çıxışını yazacaq, vəssalam. Sonra FB şəkillər qoyulacaq ki,belə tədbir keçirtdik. 30 noyabr 2013 ildə minlərlə Göyçaylılar mənə müraciət etmişdilər ki, icra başçısı 400 min manat pulu korrupsiya yolu ilə mənimsəyib, pulu xalqdan su idarəsi vasitəsi ilə yığır. Nazirlər, korrupsioner məmurlar tədbirı dağıtmaq üçün FB 9 yaşlı qızımın şəkilini qoyub in-bx söyüş yazdılar ki, gələ bilirsənsə gəl. Mən getdim .Bunu 120 min əhalisi olan Göyçay və ətraf rayonlar bildi. Özü də xalqı şəhərin mərkəzinə toplamışdım.Təxminən 15 dəqiqə korrupsiyadan,qanunsuzluqlardan ,hüquqsuzluqdan danışıb məni təhqir edənləri minlərlə insanların iştirakı ilə adekvat cavablarını verdim. Məni RPİ aparıb KİV də təxribat xarakterli məlumatlar yazdılar ki, güya polisə tabe olmayaraq dövlət məmurlarını sərxoş vəziyyətdə söymüşəm və mənə 15 gün həbs verdilər.
Bir İsa Qəmbər və Müsavat Partiyasından başqa heç kim reaksiya vermədi. Qoy MŞ-da olan şəxslər məndən inciməsin. Birinin cəsarəti çatarmı hər hansı bir bölgəyə gedib xalqla bu mövzuda təmasda olsun?Yox,yox,yenə yox.Yenə toplanacaqlar bir ofisdə özləri-danışıb özləri eşidəcəklər.Təkcə son 9 ayda FB 1000 dən cox korrupsiyadan faktlarla bağlı statuslar yazmışam. İntiharların hansı səbəbdən baş verdiyini hamı bilir. Siz toplaşın müəyyən edin ki, hansı səbəbdən xalq Sizlərə (bizlərə) inanmır? Hansı səbəbdən müxalifət partiyaları böyük öndər Dövlətimizin qurucusu, tarixi şəxsiyyət, Azərbaycan siyasətinin babası olan M.Ə Rəsulzadənin yubileyini başqa başqa vaxtlarda, ayrı ofislərdə, heykəli önundə tədbirlər keçirirlər? Eynilə Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəylə bağlı tədbirlərdə bu cür rüsvayçılıq yaşanır. Hələ elələri var siyasi tərbiyəsizlik edərək ulu öndərlərin rühu qarşısında futbol fanatları kimi öz partiya sədrlərinin adını hayqırıraraq özlərini gülüş hədəfinə çevirirlər.
Bu gün yüzlərlə inanclı insan, onlarla NİDA-çı, müsavatçılar, ReAL-çılar, cəbhəçilər, jurnalistlər, bitərəflər həbsdədirlər. Hər təşkilat öz vicdan məhbusunun şəkilini ofislərində divara vurub.Bəyəm onlar türmələrdə zülım çəkirlər ki ,burada kim yaxşıdı,kim pisdi məsələsini həl etsinlər ? Onlar ideya uğrunda zindanlara atılıblar. O ideayaları ki,Sizlər onu siyasi alverə, siyasi dələduzluğa çevirmisiniz. Mən bu yaxında hörmətli Cəmil Unalın çıxışına qulaq asdım.Heyf, bunu nə xalq,nə də digər müxalifət nümayəndələri, nə də iqtidardakılar görmədi.Bu xalqımıza müxalifətli-iqtidarlı söylənən bir manifest idi. Bax, bu, siyasət idi. Özü də xalqın mənafeyini güdən bir manifest. Belə getsə bu Manifesti (əslində bu Rəsulzadə-Elçibəy Manifesti idi) biz 100 il icra edə bilməyəcəyik.O müddətə nə siyasi alverçilər qalacaq, nə siyasi fanatlar,nə də siyasi zombilər. Demokratiynin mahiyyətinə sadaladığım terminlər uyğun deyil.Fiziki intihar günah da olsa -siyasi intihardan daha yaxşıdı,faydalıdı.Elə etməyin ki,sonda "Müxalifətin siyasi süqutu,siyasi intiharın səbəbləri və nəticələri" mövzusunda nəvə-nəticələrimiz toplantı keçirib bizi yad etsinlər..."




























































































