Onlar gəlib burda xəvaric olmayan hamını öldürəcəklər

Hazırda oxunan: Onlar gəlib burda xəvaric olmayan hamını öldürəcəklər

41052
Bu sözləri “Axar.az”a açıqlamasında Qamət Süleymanov deyib.   O bu gün onunla bağlı yayılan informasiyaya cavab verərkən yenə də öz fikrində qaldığını deyib: “Ümumiyyətlə, Türkiyədə yaşayan və ya dinlə məşğul olan çalışsın ki, Azərbaycanın işlərinə qarışmasın. Ümumiyyətlə, kim nə deyirsə, hamısına cavab vermək düz deyil.  Çünki ilk növbədə mən heç kimə fitva vermirəm ki, gedib orda döyüşsünlər. Mənim bu məsələ ilə bildirdiyim bütün fikirlər, ustad şeyxlərin sözlərinə əsaslanır. Demək olar ki, böyük islam alimlərinin sözlərini təkrarlayıram. Bir daha bildirəm ki, alimlərin sözlərinə istinadən, Suriyaya mücahidlərin göndərilməsinin əleyhinəyəm. Çünki onlar dini baxımdan gedib orda xəvaric olub gəlirlər. Gələndən sonra da bizləri, yəni xəvaric olmayan hamını öldürəcəklər. Səsləndirdiyim bütün fikirlər, Quran və sünnəyə əsaslanan alimlərin sözləridir”.   Qeyd edək ki, bu gün milliyətcə azərbaycanlı olan türkiyəli köşə yazarı Fürkan Azəri Qamət Süleymanovu kəskin tənqid etmişdi. O, Qamət Süleymanovu Suriyaya gedən döyüşçülərə dəstək verməməkdə günahlandırmışdı”. 

Moderator.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin