Əli Əliyev: “Eldəniz Quliyev məndən benzin pulu alırdı”

Hazırda oxunan: Əli Əliyev: “Eldəniz Quliyev məndən benzin pulu alırdı”

41030
“Əli Əliyev və onun partiyası özünü müxalifətçi kimi göstərsə də, əslində müxalifətə zərbə vururlar”. Bunu APA-ya açıqlamasında El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevlə aralarında yaranmış gərginliyə münasibət bildirərkən deyib.
 
E. Quliyev bildirib ki, Ə. Əliyev həmişə Milli Şuraya qarşı kampaniya aparıb: “Onun çıxışları, fəaliyyəti, Milli Şura yarananda Əli Əliyevin ona münasibəti, Rüstəm İbrahimbəyova qarşı mövqeyi bunu deməyə əsas verir ki, bu adam Milli Şuraya qarşıdır. Həmçinin, onun ətrafında müəyyən küçə uşaqları yığılıb”.
 
Ə. Əliyev isə APA-ya açıqlamasında E. Quliyevi kəskin ittiham edib. Onun sözlərinə görə, E. Quliyevi onu təhqir etməsinə Eldar Namazov təhrik edib: “Mən müsahibəmdə bildirmişəm ki, “El” Hərəkatını şişirmək lazım deyil. Orda təkcə, Eldar Namazov var. Həmin şəxs də, siyasi güc mahiyyəti kəsb etmir. Mənim bundan başqa dediyim bir şey yoxdur. Mən Eldar Namazovun adını çəkmişəm, bu da, görünür, Eldar Namazovun xətrinə dəyib, Eldəniz Quliyevə göstəriş verib ki, mənim haqqımda ağzına gələni danışsın. Eldəniz Quliyev də mətbuatda bizə qarşı çıxıb. Bunlar özlərini ortada qoyublar, dövlətçiliyi hərraca çıxarıblar, Moskvaya satırlar. Onun ağası, sahibi Eldar Namazov niyə Milli Şuranı atıb getdi? Mən Milli Şuraya qarşı tək mübarizə aparmışam, buna görə də onlar məndən heyflərini almaq istəyirlər, bunu isə öz tərbiyələrinə uyğun həyata keçirirlər. İndi mən susmalıyam? Kimdir, bu Eldəniz Quliyev? 2010-cu ildə bizim “İnsan Naminə” Seçki Blokunun namizədi olub. Dilənçinin biridir. Həmişə ofisə gəlib, məndən benzin pulu alan adamdır bu. Mən bəzi şeyləri mətbuata deməyi özümə yaraşdırmıram”. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin