O, bildirib ki, "SABAH" qrupları 5 ixtisas qrupuna daxil olan ixtisaslar üzrə əyani formada I kursun yüksək nəticələrlə bitirmiş tələbələrdən seçmə yolu ilə formalaşdırılacaq:
“Bu proses Təhsil Nazirliyinin tabeliyindəki 20 ali təhsil müəssisəsindən 15-ni, 150-yə yaxın ixtisasdan 53-nü əhatə edəcək. Tələbələrin əhatəlilik dərəcəsi isə təhsil ixtisas qrupunda ”“ 79,5%, humanitar və sosial ixtisas qrupunda”“67,5%, iqtisadiyyat və idarəetmə ixtisas qrupunda ”“ 57,3%, təbiət ixtisas qrupunda ”“ 87,8%, texniki və texnoloji ixtisas qrupunda ”“ 49,5% təşkil edir. Bütövlükdə 15 ali təhsil müəssisəsində əyani formada təhsil alan 21540 tələbədən 14959 nəfərinin bu proseslə əhatə olunması nəzərdə tutulur”.
Y.Piriyev qeyd edib ki, "SABAH" qruplarına tələbələrin seçilməsi müxtəlif aspektləri nəzərə alan xüsusi metodikaya uygun aparılacaq: “Müxtəlif ali təhsil müəssisələrində formalaşan "SABAH" qruplarının aid olduğu ixtisaslar üzrə kadr hazırlığı, elmi-pedaqoji potensialı, tədris laboratoriya və maddi-texniki bazası yüksək olan ali məktəblərdə II kursdan təhsilini davam etdiriləcək”.




































































































