Gələn bazar günü Binə Südçülük Sovxozunun sakinləri eiraz aksiayası keçirəcəklər. Bununla bağlı saytımıza məlumat daxil olub.
Sakinlərin
Moderator.az-a bildirdiklərinə görə, qaz xəttinin yaxınlıqdan keçməsinə
baxmayaraq, köhnə ayaqqabı və maşın təkərini doğrayaraq yandırmaqla evlərini
qızdırmaq məcburiyyətində qalıblar.
Sakinlər deyir ki, yaşadıqları əraziyə avtobus işləmir. Şəhərə getmək üçün 7-8 km
yol qət edilməlidir ki, marşruta çatsınlar. Qəsəbədə orta məktəbin olmaması,
uşaqların dizə qədər qalxan palcıqlı yollarla məktəbə gedə bilməmələri sakinlər
tərəfindən xüsusi vurğulanıb.
Sakinlər təhdidlə üzləşdiklərini də qeyd ediblər. Bildirilib
ki, əvvəllər kəndin ortasında daş karyeri olub. İndi daş kəsilib qurtardığından həmin ərazi
boş qalıb. Sakinlər həmin ərazidə məktəb və digər sosial binaların tikilməsi ilə
bağlı yuxarı orqanlara müraciət etsələr də indi həmin əraziyə kənardan gəlmə iddialılar peyda olub. Tanımadıqları bir neçə şəxs
qanunsuz olaraq torpağın onlara məxsus olduğunu bildirərək, sakinləri təhdid
edirlər və həmin ərazini hasarlamağa başlayıblar. Bu isə sakinlər arasında
ciddi narazılığa
səbəb olub.
Sakinlərin
bildirdiyinə görə, həmin şəxslər Bəylər Əyyubovun adından istifadə edir və özlərini
onun adamları kimi qələmə verirlər.
Məcburiyyət qarşısında qalan sakinlər problemləri həll
olmayacağı təqdirdə gələn bazar günü etiraz
aksiyası keçirəcəklərini, qəsəbənin ortasından keçən mərkəzi yolu
bağlayacaqlarını deyiblər.Aksiyada iştirak edənlər qəsəbədə orta məktəbin olmaması uşaqların dizə qədər qalxan palcıqlı yollarla məktəbə gedə bilməmələrini xüsusi vurgulayaraq ölkə başcısından uşaqlarının təhsili ücün əncam cəkməsini qabartmaq niyyətindədirlər.
Elman

































































































