Rəhim Qazıyev “Hesabat”dakı fikirlərinə görə Mirşahini ittiham etdi

Hazırda oxunan: Rəhim Qazıyev “Hesabat”dakı fikirlərinə görə Mirşahini ittiham etdi

40994

Bazar günü ANS telekanalında yayımlanan “Hesabat” verilişində aparıcı Mirşahin Ağayev son günlər kütləviləşən intiharlar barədə hazırlanan süjeti şərh edərkən əslində çox təhlükləli bir ifadə işlədərək bu yolla bir çox insanın hakimiyyəti şantaj etdiyini dilə gətirib.

Qarabağ qazisi Rey Kərimoğlu Mirşahin Ağayevin bu fikirlərini bölüşmür və Moderator.az-a açıqlamasında jurnalisti bu cür həssas məsələdə ehtiyatlı olmağa çağırır:

“Bizim istedadlı, məşhur jurnalistimiz Mirşahin bəyin bu fikrini bölüşmürəm. Düşünürəm ki, bu məsələdə ehtiyatlı olmaq lazımdır. Bunlar həssas məsələlərdir. Biz insanların sosial problemləri səbəbi ilə öz həyatlarına qəsd etməsini də doğru hesab eləmirəm. Baxmayaraq ki, ola bilsin ki, mən də nə vaxtsa bu cür emosional vəziyyətə düşüm. Necə ki, o vaxt parlamentdə öz damarımı kəsməyə cəhd etdim. Bu, bir növ insanın özündən asılı olmur. Lakin yenə də bu cür halları təqdir eləmirik. Bütün qazilərə də bildiririk ki, bundan çəkinmək lazımdı, çünki bu, problemin həlli yolu deyil. Lakin çox hörmətli həmkarımın bu cür yanaşmasını da məqbul hesab eləmirəm. Özünü yandıran şəxs bununla problemini diqqətə çatdırır. Ola bilsin ki, Mirşahin bəy başqa cür demək istəyib. Təəssüf ki, bu gün hakimiyyətin də içində belə düşünənlər var. Bu, çox yanlış bir yanaşmadır”.

Rey Kərimoğlundan fərqli olaraq keçmiş müdafiə naziri Rəhim Qazıyev “Hesabat” verilişində Mirşahin Ağayevi o cür ifadə işlətdiyininə görə qınadığını bildirir. Hətta bu cür yersiz ifadə işlətdiyinə görə jurnalisti kəskin ifadələrlə ittiham edən R. Qazıyev onun barəsində ən layiqli qiyməti vaxtilə məhz akademik Cəlal Əliyevin söylədiyi qənaətindədir: “Bu adam haqqında ən orijinal qiyməti akademik Cəlal Əliyev verib. Bu adam bir parça çörəyə görə canına qəsd edən adam haqqında bu cür fikirləri necə dilinə və ağlına gətirə bilir? Azacıq vicdanı və ləyaqəti olan adam üzləşdiyi haqsızlıq üzündən şirin canına qəsd edən insan haqqında belə fikirlər səsləndirməz. Qarabağ qazisi haqqında isə bu cür təhlükəli fikirləri ictimailəşdirmək cəhdi isə cinayətdir. Unutmaq olmaz ki, birinci Qarabağ savaşında olduğu kimi ikinci Qarabağ savaşının da ağırlığı bu cəngavərlərin üzərinə düşəcək. Onlara belə damğa vurmaq nə Allaha xoş gedər, nə qanunlara sığar.”

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin