Əhali üçün təşkil olunan sığınacaqlar təhlükə mənbəyi ola bilərmi?

Hazırda oxunan: Əhali üçün təşkil olunan sığınacaqlar təhlükə mənbəyi ola bilərmi?

40928
Havaların kəskin soyuması ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən paytaxtın bir sıra rayonlarında müvəqqəti sığınacaqların təşkil olunduğuna dair məlumat verilmişdi. Amma sığınacaqların bir çoxunda adi təhlükəsizlik qaydalarına riayət belə olunmur. İddialara görə bir çox sığınacağın isidilməsi üçün istifadə olunan sobanın tüstu borusu yoxdur və sobadan çıxan tüstü elə sığanacağın içinə dolur. Əslində belə sığınacaqlar elektriklə isidilməlidir. Sığınacaqların bu cür isdilməsi insanların asanlıqla dəm qazından zəhərlənməsinə səbəb ola bilər.

Məsələ ilə bağlı nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Babayev əməkdaşımıza açıqlamasında bildirdi ki, sığınacaqların isdilməsinin hansı formada həyata keçirilməsindən nazirliyin xəbəri var: "Sığınacaqların isidilməsi üçün istifadə olunan sobalara harada  tüstü borusu qoymaq mümkündürsə bu edilib. Məsələn Nizami rayonundakı sığınacaq xeyir-şər evində yerləşdirilib və oradakı sobanın tüstü borusu var. Amma harada bu imkan yoxdursa, sığınacaqlar sobalara nəzarət edən xüsusi nəzarətçilər var. Eyni zamanda tüstü borusu olmayan sığınacaqların havalandırmasına diqqət yetirilir".



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin