Amerikalı həmsədr: “Tərəflərin vədləri ilə hərəkətləri bir-birinə uyğun gəlmir”

Hazırda oxunan: Amerikalı həmsədr: “Tərəflərin vədləri ilə hərəkətləri bir-birinə uyğun gəlmir”

40899
“Son günlər ərzində biz Qarabağda hərbi qarşıdurmanın şahidi olduq. Belə hərəkətlər dinc nizamlamaya mane  olur. Biz elə atmosfer yaratmaq istəyirik ki, tərəflər sülh anlaşmasına doğru irəliləyə bilsinlər”.Moderator.az-ın məlumatına görə, bunu Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi” radiosunun rus bölümünüə müsahibəsində deyib. 

Uorlik tezliklə digər həmsədrlərlə birgə regiona gələcəyni və prezidentlərlə yüksək səviyyədə dialoq nəticəsində onların növbəti görüşünə nail olunacağına ümid bəslədiyini söyləyib. Onun sözlərinə görə, problem tərəflərin vədləri ilə hərəkətlərinin bir-birinə uyğun gəlməməsindədir. “Mən əminəm ki, ən başlıcası, tərəflərə təzyiqlər göstərmək yox, onların siyasi iradəsidir” ”“ deyib diplomat.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin