Los Anceles Şəhər Şurası separatçı rejimin tanınması barədə qətnamə qəbul etdi. Bu kağız heç bir hüquqi əsasa malik deyil və deklorativ-təbliğat xarakter daşısa da, erməni siyasətçilər bu cür bəyanatı diplomatik uğur hesab edirlər.
Bu əməliyyata nə qədər vəsait və necə dekolitr erməni konyakı qoyulduğu açıqlanmır. Amma vergiödəciyilərinin pulundan daha böyük fayda götürmək olardı. Bu pulları Ermənistanda sürətlə artan aztəminatlı ailələrə paylamaq mümkün idi.
Amma ən maraqlısı odur ki, Ermənistanın özü belə bütün dünya ictimaiyyəti kimi bu oyuncaq dövləti tanımır.
İndi Ermənistan bu kağız parçası ilə nə edəcək? Bunu demək çətindir. Ola bilər ki, Xarici İşlər Nazirliyində şüşə altına salaraq eksponat kimi nümayiş etdirəcəklər. Amma bir şey aydındır ki, bu ölkənin peşəkar diplomatları qəlblərinin dərinliklərində bu cür qətnamə qəbul edən şəhərlərin, qəsəbələrin sayının artacağı təqdirdə belə bu Azərbaycan və Ermənistan arasındakı münaqişənin həllini yaxınlaşdırmayacağını yaxşı anlayırlar.
Heç bir hədə, ittiham və təhqirlərlə bu problemi həll etmək olmayacaq. Çox böyük ehtimal ki, indi Ermənistanda onların özləri tərəfindən işğal edilən Qarabağı tanımayacağı təqdirdə Azərbaycana müharibə elan edəcəyi ilə hədələyən hər hansı balaca şəhərcik axtaracaqlar.
Ehtimal ki, bu Uryupinsk şəhəri ola bilər...





































































































