Əfsanəvi komandir yeni müdafiə naziri ilə görüş istədi

Hazırda oxunan: Əfsanəvi komandir yeni müdafiə naziri ilə görüş istədi

40622
Cəbhə bölgəsindən gələn həyəcanlı xəbərlərin ardı-arası kəsilmir. Bu məlumatlar hər kəsi narahat etdiyi kimi, sabiq döyüşçüləri də hərəkətə keçirib. Əfsanəvi döyüşçü, Tovuz müdafiə batalyonunun qurucusu və komandiri (şərti adı “Boz Qurd”) Etibar Əmiraslanov “Yeni Müsavat”a deyib ki, onlar yeni müdafiə naziri ilə görüşmək istəyirlər: “Nazirin özü ilə görüş istəyirik. Ondan keçmiş döyüşçülər kimi xahişimiz, istəyimiz var. Biz istəyirik ki, səngərdə olan gənclərin sırasında bizlərə ”“ köhnə döyüşçülərə xidmət etməyə icazə verilsin. Qoy gənclərimiz bizim ayaqda olduğumuzu, düşmənə layiqli cavab verməyə hər an hazır olduğumuzu görüb ruhlansınlar. Gənclər əlbəttə ki, bizi görüb ruhlanacaqlar. Mən Tovuzun Əlibəyli kəndində camaatın böyük narahatçılıq içində olduğunu görürəm. Vəziyyət ürəkaçan deyil. Qoy bizi nazir qəbul etsin, dinləsin”. 

E. Əmiraslanov deyir ki, Zakir Həsənova qəzet vasitəsi ilə səslənir: “Düşmən səngərlərini bərkidir. Belə hesab edirik ki, hər an hücum edə bilərlər. Biz köhnə döyüşçülər oturub vəziyyəti müzakirə etmişik. Zakir Həsənova ümidlərimiz böyükdür. Hər birimiz vətən uğrunda canımızdan-qanımızdan keçməyə hazırıq. Yetər ki, bizə şərait yaratsınlar”. 

Xatırladaq ki, E.Əmiraslanov Azərbaycanın əfsanəvi batalyon komandirlərindən, döyüşçülərindən biridir. Son günlər ermənilərin hər gün güllə-baran etdikləri rayonun Əlibəyli kəndində E.Əmiraslanovun komandiri olduğu özünümüdafiə batalyonu 89-cu ildə postlar qurub və düşmənin rayonun ərazisinə daxil olmasının qarşısı alınıb. Nəticədə birinci Qarabağ savaşında Tovuzun bir qarış torpağını da düşmənə verilməyib.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin