Baş Prokurorluq Ərşad İbrahimovla bağlı işi nəzarətdə saxlayır

Hazırda oxunan: Baş Prokurorluq Ərşad İbrahimovla bağlı işi nəzarətdə saxlayır

40616
Araşdırmaçı jurnalist, "Azadlıq" qəzetinin bölgə müxbiri Ərşad İbrahimlinin Kəlbəcərin təhsil şöbəsinin keçmiş  müdiri Məhəmməd Bağırov tərəfindən şərlənərək cinayət məsuliyyətinə cəlb olunması və istintaqın Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq şöbəsində aparılması barədə dünən xəbər yaymışdıq. Ərşad İbrahimli bizə açıqlamasında və göndərdiyi audio-video materiallarla sübut etmişdi ki, Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə də rəsmi müraciət edərək Məhəmməd Bağırov barədə ifşaedici audio-video materiallara malik olduğunu bildirib, orada M. Bağırov açıq-aşkar qeyd edir ki, Gəncə polisinin rəisi Faiq Şabanov onun tərəfindən idarə olunur və o Ərşad İbrahimova 14 il iş verdirəcək.
Ərşad da bütün bunları nəzərə alaraq xahiş edirdi ki, iş Gəncə polisindən alınıb ətraf rayonların polis şöbələrindən birinə verilsin.
Moderator.az-ın əməkdaşı Baş Prokurorluğa müraciət edərək Ərşad İbrahimlinin xahişinə reaksiya bildirilməsini istəyib. Prokurorluğun mətubat xidmətinin rəhbəri Eldar Sultanov əməkdaşımıza bildirib ki, Ə. İbrahimovun Baş Prokurorluğa daxil olan müraciətindən məlumatı var, bununla bağlı rəhbərliyə məruzə edib, aidiyyati uzrə göstəriş veriblər, arasdırılıb müvafiq tədbir görüləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin