Gürgən qəsəbəsi Xəzər rayonundan alınıb Pirallahı rayonuna verilir

Hazırda oxunan: Gürgən qəsəbəsi Xəzər rayonundan alınıb Pirallahı rayonuna verilir

40600
Milli Məclisin (MM) Regional məsələlər komitəsinin parlamentin qarşıdan gələn 2014-cü il yaz sessiyası ilə bağlı yanvarın 24-də keçirilən iclasında “Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə baxılıb.

Gün.Az-ın verdiyi məlumata görə, qanun layihəsində qeyd olunur ki, Bakı şəhərinin Xəzər rayonunun Zirə qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Zirə qəsəbəsinin inzibati ərazisindən dövlət mülkiyyətində olan 3200 ha təşkil edən torpaq sahəsi həmin rayonun Gürgən qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Gürgən qəsəbəsinin inzibati ərazisinə birləşdirilsin.

Həmçinin, Bakı şəhəri Xəzər rayonunun inzibati ərazi bölgüsünə daxil olan Gürgən qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Gürgən qəsəbəsi aBakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil edilsin.

Bununla yanaşı, Gürgən qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq, Pirallahı rayonunun tabeliyinə verilsin.

Qanun layihəsi müzakirələrdən sonra MM-in yaz sessiyasının plenar iclasına tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin