Zakir Qaralov Mingəçevir işini araşdırır

Hazırda oxunan: Zakir Qaralov Mingəçevir işini araşdırır

40570

 Ã–tən ilin mayın 4-də Mingəçevirdə yol qəzasında həyat yoldaşı Aynurə Qafarlını itirmiş Yunis Vəliyev CM-nin 263.2 maddəsiylə həbs təhlükəsiylə üzləşib. Halbuki, onun özünün körpücük sümüyü, anası Durna Vəliyevanın isə sol qolu sınır və avtomobili yarasız vəziyyətə düşür. Bütün bunlara rəğmən qəzanı törədən 8 saylı (Shaolin SLG 6660 CGE markalı 90 RF 488 dövlət qeydiyyat nişanlı) avtobusun sürücüsü Ramil Xudiyev hələ də azadlıqda gəzir. Bütün bunlardan sonra cinayət işini aparan müstəntiq dəyişilsə də, Respublika Prokurorluğundan general Kamal Qılıncov işin obyektiv aparılması üçün göstəriş versə də, Vəliyevlər işin obyektiv aparılmadığını bildirirlər. DİN mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə bildirib ki,  istintaq zamanı "Shaolin SLG 6660 CGE" markalı 90 RF 488 qeydiyyat nişanlı avtomobilin sürücüsü Ramil Xudiyev tərəfindən «Yol hərəkəti haqqında» qanunun tələblərinin pozulması müəyyən edilməyib. Ancaq nədənsə, O.Mənsurzadə ACCESSBANK-ın hüquqşünası Ramil Xudiyevin həmin günü qaynının istifadə etdiyi sərnişin avtobusunu sürdüyünə izah verməyib. Təəssüf ki, istintaqı aparan müstəntiqlər də bu məsələnin üstündən sükutla keçiblər.  

Məqalə qəzetimizdə dərc olunandan sonra Vəliyevlər ailəsinə özünü Respublika Prokurorluğunun rəsmisi kimi təqdim edən Alı Əhmədov zəng edib. Alı Əhmədov mərhumənin qayınanası Durna Vəliyevaya bildirib ki, gərək hadisəni mətbuata çıxartmayaydınız, nəyə lazım idi, onsuz da yaxın günlərdə işin nəticəsini görəcəksiniz. Bunu eşidən D.Vəliyeva artıq 9 aydır gəlinlərini itirdiklərini, amma təqsirkarın məsuliyyətə cəlb olunması əvəzinə  oğlu haqqında cinayət işinin açıldığını deyib:  “Axı niyə indiyə qədər təqsirkar məsuliyyətə cəlb olunmayıb? Əgər vəziyyət bu cür davam edəcəksə, mən Avropa Məhkəməsinə qədər şikayətimi davam etdirəcəm, Prezident Administrasiyası qarşısında aclıq aksiyası da keçirəcəm. Niyə müstəntiq dəyişilsə də, obyektiv araşdırma aparılmayıb? Niyə sürücü Ramil Xudiyevin sərnişin nəqliyyatından istifadə etmək icazə olmaması araşdırılmayıb? Ən əsası Ramil Xudiyev ACCESSBANK-ın hüquqşünas vəzifəsində işlədiyi halda həmin günü qaynının istifadə etdiyi sərnişin avtobusunu sürməsinə müstəntiqlər nə üçün reaksiya vermirlər, işdə bu məsələ nədən yoxdur? Nəhayət, müstəntiqlərin bu suallara cavab almamalarının səbəbləri niyə araşdırılmır?”. Durna Vəliyevanı dinləyən Alı Əhmədov bildirib ki, yanvarın 28-də baş prokuror Zakir Qaralov Sizi qəbul edəcək.


Yanvarın 24-də isə Respublikanın baş prokuroru Zakir Qaralov Sumqayıtda olarkən Aynurə Qafarlının anası Xanımcahan Əsgərovanı qəbul edib. Z.Qaralov baş verən hadisədən xəbərdar olduğunu və X.Əsgərovadan əsas şikayətin nədən olduğunu sual edib. X.Əsgərova general Kamal Qılıncovun istintaq rəhbərinə tapşırıqlarını xatırladaraq bildirib ki, Yunis Vəliyevin az yaşlı uşaqları olduğu olduğu halda ona cinayət işi açılıb: “Halbuki, Kamal Qılıncov tapşırıq verib ki, bu adam həyat yoldaşını itirib və iki azyaşlı uşaq atasıdır, ona cinayət işi açılmasın. İkinci, Ramil Xudiyevin avtobus sürməyə ixtiyarı yox imiş. Belə çıxır ki, istintaqa rəhbərlik edənlər Sizi də eşitmir”. Bundan sonra Zakir Qaralov köməkçisinə tapşırıq verib ki, 10 gün müddətinə işi araşdırıb ona məlumat verilsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin