Ali Hərbi Məktəbin sabiq rəisinin apellyasiya şikayəti təmin olunmayıb

Hazırda oxunan: Ali Hərbi Məktəbin sabiq rəisinin apellyasiya şikayəti təmin olunmayıb

40026
Bu gün Bakı Apellyasiya Məhkəməsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) keçmiş rəisi, polkovnik Mirzəli Yusifovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bakı Apellyasiya Məhkəməsindən APA - ya verilən məlumata görə, M. Yusifovun barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayətinə hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə baxılıb. Hakim birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb və apellyasiya şikayəti təmin edilməyib.
 
Xatırladaq ki, AAHM-in sabiq rəisi M. Yusifov bir neçə gün əvvəl həbs edilib. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, M. Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən M. Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini icra edib. Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra M. Yusifov vəzifədən uzaqlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin