Elmira Süleymanova AŞPA üzvlərini qəbul edib

Hazırda oxunan: Elmira Süleymanova AŞPA üzvlərini qəbul edib

39892
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvləri, Milica Markoviçi və Sevda Valijevciçi qəbul edib. 

Moderator.az-ın  qurumun saytına istinadən məlumatına görə, tanışlıq məqsədi daşıyan görüşdə müvəkkil Azərbaycanın bu nüfuzlu beynəlxalq quruma bərabərhüquqlu üzv olduğunu, təsisatın Avropa Birliyinin Şərq Tərəfdaşlığı, Tvinninq və TAİEX layihələri çərçivəsində fəal iştirak etdiyini bildirib. Müvəkkilin Ombudsman haqqında Konstitusiya Qanunu çərçivəsində fəaliyyəti diqqətə çatdırılıb.

M. Markoviç təmsil etdiyi ölkədə-Bosniya Herseqovinada Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi və təmini sahəsində fəaliyyət göstərdiyini diqqətə çatdırıb, Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində çoxşaxəli fəaliyyətini yüksək dəyərləndirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin