Ərəstun Oruclu: “Türkiyədə ordu siyasətə müdaxilə edə bilər”

Hazırda oxunan: Ərəstun Oruclu: “Türkiyədə ordu siyasətə müdaxilə edə bilər”

39836

“Türkiyədə ordu siyasətə müdaxilə edə bilər”. Bu sözləri Moderator.az-a açıqlamasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bildirib. Politoloqun sözlərinə görə, cari ilin 17 dekabr tarixindən sonra Türkiyədə baş verən proseslərlər fonunda olaylar bir neçə məcrada inkişaf edə bilər ki, bunların arasında ordunun siyasətə  müdaxiləsi ehtimalı da var: “Türkiyədəki mövcud proseslər bir neçə məcrada inkişaf edə bilər. Əgər müxalifət təşəbbüsü ələ götürə bilməyəcəksə, o zaman bu təşəbbbüsü AKP daxilindən hansısa qrup götürə bilər və bu qrup hakimiyyəti qorumaq üçün Ərdoğandan imtina edə bilər. Variantlardan digəri proseslərin səngiməsi və parlament seçkilərinə qədər davam etməsidir. Belə olduğu təqdirdə də  Ərdoğanın baş nazir postuna namizəd göstəriləcəyi inandırıcı deyil. Daha pis ssenari də var ki, bu da ordunun siyasətə müdaxiləsidir. Türkiyədəki qarşıdurmalar o həddə qədər davam edə bilər ki, hakimiyyət mexanizmləri sarsılar və 70-80-ci illərin əvvələrindəki olaylar təkrarlana, yəni  ordu siyasətə qarışa bilər. Bildiyiniz kimi, Ərdoğanın təşəbbüsü ilə ordu generalitetinə qarşı qurama istintaqlar baş verdi. 200 qədər ordu yetkilisi həbs edildi. Təbii ki, bütün bu səbəblər üzündən ordu indiki hakimiyyətə rəğbət bəsləmir. Ərdoğan hakimiyyəti situasiyaya nəzarəti itirəcəyi halda ordu söz sahibinə çevrilə bilər. Lakin bütün hallarda Ərdoğanın mövqeləri ciddi şəkildə sarsılıb və onun bundan sonra əvvəlki nüfuzunu bərpa edəcəyi inandırıcı görünmür”.

 

Seymur Əliyev

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin