Asəf Quliyev müxalifətdaxili böhranı 3-cü qüvvənin yoxluğunda görür

Hazırda oxunan: Asəf Quliyev müxalifətdaxili böhranı 3-cü qüvvənin yoxluğunda görür

39711

AXCP sədrinin keçmiş müavini, Milli Şuranın Mitinq Komitəsinin keçmiş sədri, sonradan "Xalq Arzusu" Hərəkatı təsis etmiş müxalifət funksioneri Asəf Quliyev son günlər mediada və sosial şəbəkələrdə yaşanan "tozanağ"a münasibə bildirib. Moderator.az onun proseslərə şərhini təqdim edir:

Seçkidən sonra Milli Şura ətrafında baş verən hadisələr və son günlər iki aparıcı partiya üzvlərinin KIV və sosial səbəkələrdə tənqiddən təhqirə keçməsi müxalif qüvvələr arasında siyasi krizin yarandığının göstəricisidir.Ölkədə ağır sosial iqtisadi durumun olduğu,qiymətlərin artdığı bir dönəmdə hakimiyyətə qarşı sərt mövqe sərgilənməsi bir zamanında qarşılıqlı ittihamlar və təhqirlər çox üzücüdür.Iki aprıcı partiya arasındakı münasibətlər cəmiyyətdə ümumi müxalifətə qarşı inamsızlığa,ümidsizliyə səbəb olur.Hamımızı bir sual düşündürür- nə baş verir?Indiki vəziyyətdən çıxış yolu nədir?Əslində son 20 ilə baxanda tarix təkrar olunur.3-cü siyasi qüvvənin ortada olmaması siyasi qüvvələr arasında balans yarada bilmir.

Son seçkilər də göstərdi ki, xalq hakimiyyətdən nə qədər narazı olsa da seçki inamsızlığı ucbatından siyasi proseslərə qoşulmur.Son günlər sosial səbəkələrdə partiya üzvü olmayan insanların partiyalar arası çəkişmələrə münasibətdə qınayıcı rolunda çıxış etməsi müxalifətə də münasibətin göstəricisidir.Indiki şərait tələb edir ki, hakimiyyətdən narazı olan, lakin müəyyən səbəblərdən siyasi proseslərə qoşulmayan insanların bir araya gəlib, yeni güc formalaşdırıb, bütün haqsızlıqlara dur” deyə bilməsinə ehtiyac var.

Biz bu ölkənin, bir millətin övladıyıq. İstəsək də, istəməsək də bir yerdə yaşamağa,işləməyə məcburuq.Bu dövlətin, özümüzün, övladlarımızın taleyi öz əlimizdədir.Kimlərdənsə inciməklə, küsməklə, bezməklə, kənarda durmaqla həyatımızla kimlərinsə oynamasına şərait yaratmayaq.

Allah hamımızın yardımçısı olsun!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin