Rüstəm İbrahimbəyov sədr postuna qaytarılır

Hazırda oxunan: Rüstəm İbrahimbəyov sədr postuna qaytarılır

39485
“Dünən Milli Şurada təmsil olunan vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə toplantı keçirilib. Toplantıda Milli Şura sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli də iştirak edib”. 

Bunu AzNews.az-a iclasın iştirakçısı, hüquqşünas Namizəd Səfərov bildirib. Onun sözlərinə görə, Milli Şurada təmsil olunan 20-dən artıq vətəndaş cəmiyyəti təmsilçisindən 4 nəfəri xaricdə səfərdə olduğu, 2 nəfəri isə həbsdə olduğu üçün toplantıya qatıla bilməyib: 

“Onlar da daxil olmaqla hamı MŞ-nin fəaliyyət göstərməsində israrlıdır və işləmək əzmindədirlər”. N.Səfərov Milli Şuranın bu həftə keçiriləcək sessiyasında Rüstəm İbrahimbəyovun fəxri sədr postunda qalması məsələsinin də müzakirə ediləcəyini bildirib: “Cəmil Həsənlinin Rüstəm İbrahimbəyovla əlaqə saxlayır. Ola bilsin ki, Rüstəm İbrahimbəyovun fəxri sədr qalmaq məsələsinə yenidən baxılsın”. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin