Gündüz Tahirlinin ABŞ-da yaşadığı təsdiqləndi

Hazırda oxunan: Gündüz Tahirlinin ABŞ-da yaşadığı təsdiqləndi

39189
Bir müddət öncə Azərbaycanın tanınmış jurnalısti, “Azadlıq” qəzetinin keçmiş baş redaktoru Gündüz Tahirlinin Amerika Birləşmiş Ştatlarına köçdüyü barədə xəbər verilmişdi. Həmin xəbərdən sonra Gündüz Tahirli mediaya açıqlamasında özü haqda yayılan xəbəri təkzib etməyə çalışaraq, “Azərbaycandan getməmişəm” deyə bildirmişdi.

Ancaq bu gün onun ABŞ-da yaşadığı növbəti dəfə təsdiq olunub. Modern.az-ın məlumatına görə, ANS-in Amerikadakı müxbiri Sevinc Osmanqızının Vaşinqtondan hazırladığı reportajda Gündüz Tahirli də görüntülənib. Belə ki, ANS-in əməkdaşına müsahibə verən G.Tahirli ABŞ-dakı Azərbaycan ictimaiyyətinin nümayəndəsi kimi danışıb.  Görüntüdə onun xanımı və qızı da yanında olub.  

Böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin nəvəsi olan Gündüz Tahirlı 1994-2001-ci illərdə “Azadlıq” qəzetinin baş redaktoru olub. 2001-ci ilin sonlarında “Yeni Yüzil” qəzetini açıb, 2002-ci ilin aprelində qəzet fəaliyyətini dayandırıb. Bundan sonra G.Tahirli aktiv jurnalistlik fəaliyyətinə son verərək, biznes sektoruna gedib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin