Kürdəmir qaziləri Səttar Mehbalıyevin cəzalandırılmasını istəyir

Hazırda oxunan: Kürdəmir qaziləri Səttar Mehbalıyevin cəzalandırılmasını istəyir

39153

Moderator.az-a müraciət edən Kürdəmir sakinləri ”“ II qarup Qarabağ əlili Cəbrayıl Dünyamalıyev, II qrup əlil İbad İbadov və III qrup Qarabağ əlili Elxan Eminov mərhum Zaur Həsənovun ailəsi ilə həmrəyliklərini dilə gətirib. Qarabağ əlilləri Z.Həsənovun vəfatından təəssüfləndiklərini bildirib, habelə əlaqədar qurumlardan S.Mehbalıyevin  cəzalandırılmasını tələb ediblər: “Z.Həsənov olayı ilə bağlı baş verənləri məyusluqla izləyir, Qarabağ əlilinin vəfatından təəssüf duyuruq. Hesab edirik ki, bu cür olayların gələcəkdə də təkrarlanmaması üçün ciddi addımlar atılmalı, müharibə iştirakçılarının problemlərinin həlli daim diqqət mərkəzində saxlanılmalıdır.

Biz Qarabağ əlilləri olaraq Z.Həsənovun intiharına səbəb olan Səttar Mehbalıyevın cəzalandırılması, onun qanun qarşısında məsuliyyətə cəlb olunmasını tələb edirik. Bizim qənaətimizcə Qarabağ əlilini intihar həddinə çatdıran bir insanın məsyuliyyətdən kənarda qalması düzgün deyil. Z.Həsənovun ailəsinə isə başsağlığı verir və Allahdan səbr diləyirik”.

 

Şamil

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin