Bir neçə gün üzləşdiyi haqsızlıqlara etiraz etmək məqsədi ilə Azərbaycan Həmkarlar Konfederasiyasının binası qarşısında özünü yandıran Qarabağ qazisi Zaur Həsənov bu gün axşam saatlarında müalicə olunduğu 5 saylı şəhər klinikasında koma vəziyyətinə düşüb. Bu barədə musavat.com-a "Qarabağ qaziləri" ictimai birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu xəbər verib.
Onun sözlərinə görə, bu xəbər Zaur Həsənovun klinikanın həyətində, dəhlizlərində gözləyən ailə üzvlərinin, döyüş dostlarını sarsıdıb. Xoşbəxtlikdən, qısa müddətdən sonra gələn xəbərdə bildirilib ki, qazinin huşu özünə qayıdıb.
R.Kərimoğlunun sözlərinə görə, bununla belə, Z.Həsənovun vəziyyəti stabil-ağır olaraq qalır və zaman keçdikcə onun yaşayacağına ümidlər artır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.