Ərdoğanın oğlu Azərbaycana qaçıb?

Hazırda oxunan: Ərdoğanın oğlu Azərbaycana qaçıb?

38998
Türkiyədə başladılan, ölkədə sarsıntılara səbəb olan rüşvət və korrupsiya əməliyyatlarının növbəti dalğasının olacağı bildirilir. Bu çərçivədə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın ifadə vermək üçün prokurorluğa çağırıldığı qeyd edilib. 

Türkiyə mətbuatı isə Bilal Ərdoğanın ifadədən yayınmaq üçün gizləndiyini bildirir. 

Oğul Ərdoğanın İstanbulda atasına aid evdə olduğu, habelə qaçaraq Azərbaycanda gizləndiyi iddia olunur. 

Qeyd edək ki, Bilal Ərdoğan rüşvət korrupsiya qalmaqalı nəticəsində saxlanılan biznesmenlrin milyonlarla lirə pul köçürdüyü iddia olunan TÜRGEV-in (Türkiyə Gənclik və Təhsilə Xidmət Fondu) idarə heyətinin üzvüdür. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin