Zaur Həsənovun vəziyyəti stabildir, böyrək funksiyası bərpa olunub

Hazırda oxunan: Zaur Həsənovun vəziyyəti stabildir, böyrək funksiyası bərpa olunub

38986

“Özünü yandıran Qarabağ müharibəsi əlili, çoxuşaqlı ailə başçısı Zaur Həsənovun müalicəsi ilə bağlı bütün məsələlər diqqət mərkəzində saxlanılır”.

Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev APA-ya açıqlamasında bildirib ki, artıq xəstənin sidik ifrazı, böyrəklərinin funksiyası bərpa olunub. Onun sözlərinə görə, xəstənin həyati göstərişləri tədricən yaxşıya doğru inkişaf gedir və hazırda vəziyyəti stabildir: “Lazımi tədbirlər görülür. Mərkəzə daxil olandan bir müddət sonra həyati göstərişləri - sidiyin ifrazı, ürək-qan damar sisteminin vəziyyəti, təzyiqi stabil vəziyyətə gətirilib”.
 
Zaur Həsənovun xaricə müalicəyə göndərilməsi barədə səslənən fikirlərə gəlincə, R.Nağıyev əlavə edib ki, bu, sonrakı mərhələdə məlum olacaq: “Ölkə səhiyyəsində bütün imkanlar olandan sonra niyə xaricə xəstə göndərməliyik? Bütün avadanlıqlar, mütəxəssislərlə ona lazımi yardım göstərirlər. Xüsusi hal olanda mütəxəssislər gətirə və ya xaricə göndərilə bilər. Amma hazırda ona zərurət yoxdur. Xəstənin vəziyyəti stabildir və hazırda bütün lazımi yardımlar göstərilir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin