“El” hərakatının həmtəəsisçsi Eldəniz Quliyev Milli
Şuranın növbəti sessiyasında bu qurumdan istefa edəcəyini bildirib.
Qeyd edək ki, Eldəniz Quliyevin bu açıqlması Rüstəm
İbrahimbəyovun qurumdan istefa etməsi xəbəri ilə eyni gündə yayıldı. Rüstəm
İbrahimbəyov istefa etməsinin, Milli Şuranın saxlanılması üçün etdiyini
bildirib və onun qurumda qalmasına qarşı olan şəxsləri tənqid edib.
Moderator.az-a açıqlama verən Eldəniz Quliyev də Rüstəm İbrahimbəyovun mövqeyi ilə tam olaraq razı olduğunu bildirib:
“Milli Şuranın
yaranmasında əsas təşəbbüskar olan Rüstəm müəllim heç zaman öz şəxsi
ambisiyaları ilə çıxış etməyib. O, atdığı bütün addımlarda xalqını, millətini
düşünərək atıb. Mən isə hələ ki Milli Şuradan istefa etməmişəm hər şey qurumun növbəti sessiyasında bəlli olacaq”
Xəyal Əzizov
































































































