Qarabağ qazisi yatan xəstəxana Şirəliyevin gəlişinə hazırlanır

Hazırda oxunan: Qarabağ qazisi yatan xəstəxana Şirəliyevin gəlişinə hazırlanır

38960
Səhiyyə naziri Oqtay Şirəliyev özünü yandıraraq 5 saylı klinik xəstəxanaya yerləşdirilən Qarabağ qazisi, II qrup əlil Zaur Həsənova bu gün də baş çəkməyə gələcək. Hazırda nazirin xəstəxanaya gəlişini gözləyirlər.
Bunu virtualaz.org saytının hazırda 5 saylı xəstəxanada olan müxbirinə Z.Həsənovun yaxınları deyiblər.
Əməkdaşımızın müşahidələri də tibb müəssisəsinin nazirin səfərinə hazırlandığını təsdiqləyib. Belə ki, gecəni xəstəxanada qalıb öz qohumlarına, doğmalarına qulluq edən (Azərbaycan səhiyyəsinin belə tragikomik sifəti də var) xəstə yaxınları tələm-tələsik palatalardan çıxarılır.
Xəstəxananın həyətində yır-yığış edilir. Divarlarda kirli, uçuq-sökük yerlər rənglə, əhənglə ört-basdır edilir və s. Yada salaq ki, O.Şirəliyev məmur zülmündən özünü yandırmış Z.Həsənova dünən səhər də baş çəkmişdi. Amma səhiyyə nazirinin bu gəlişi qəfil olmuşdu. Görünür, xəstəxana rəhbərliyi naziri bu dəfə ayrı cür ağırlamaq istəyir...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin